Məhkəmə qərarları › İş №3(038)-195/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-195/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-195/2024 08.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxx 1987-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Yardımlı rayonu Kürəkçi kəndində yerləşən Zərərçəkmiş şəxs evində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTBnin polis leytenantı X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 07 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi X3 bildirmişdir ki, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Yardımlı rayonu Kürəkçi kəndində yerləşən Zərərçəkmiş şəxs evində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, Yardımlı rayonu Kürəkçi kənd sakini Şahid2 ilə faktiki nikaha girərək evlənmişdir və bir azyaşlı uşağı vadır. 27 iyun 2024-cü il tarixdə arvadı və uşağını Yardımlı rayonu Kürəkçi kəndinə yerləşən qayınanasının evinə aparmışdır. 06 iyul 2024-cü il tarixdə arvadı Aygünə zəng vuraraq onları evə qaytarması üçün hazırlaşmalarını deyən zaman baldızı Qasımova X2 telefonu alaraq onunla mübahisə etmişdir. O həmin gün saat 15 radələrində ailəsini gətirmək üçün Yardımlı rayonu Kürəkçi kəndinə getmiş, Zərərçəkmiş şəxs ona mane olmaq istəyərkən aralarında mübahisə yaranmış, baldızı Zərərçəkmiş şəxs onu söymüş, o da Sevinc Qasımavanı söymüşdür. Sonra polis əməkdaşları gələrək ona Zərərçəkmiş şəxs 102 XZM-yə zəng etdiyini və onun barəsində şikayət etdiyini bildirərək onu şöbəyə dəvət etmişlər. O, əsəbi halda olduğu üçün, polislərlə mübahisə etmiş, onlara aqressiv cavab vermişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun bacısı Aygünlə ailə həyatı qurmuşdur və onların bir azyaşlı uşaqları vardır. Bəhriz spirtli içki qəbul edərək onun bacısını tez-tez incidir. 27 iyun 2024-cü il tarixdə bacısı uşağı ilə Yardımlı rayonu Kürəkçi kəndinə yerləşən anasının evinə gəlmişlər, bir neçə gün kənddə qalandan sonra, yəni 06 iyul 2024-cü il tarixdə Bəhruz Aygünə zəng vuraraq onları evə qaytarması üçün hazırlaşmalarını deyən zaman Aygünlə kobud danışdığından telefonda aralarında mübahisə yaranmış Bəhruz onu təhqir etmişdir. O həmin gün saat 15 radələrində Bəhruz sərxoş halda Yardımlı rayonu Kürəkçi kəndinə gəlmiş, onları söyüb təhqir etmiş, o da 102 XZM-yə zəng etmişdir. Şəxs onun bacızı Aygünün əri olduğundan və himayəsində azyaşlı uşağı olduğundan onun barəsinə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, bacısı Aygünün əri Şəxs 06 iyul 2024-cü il tarixdə saat 15 radələrində Yardımlı rayonunun Kürəkçi kəndində yerləşən evlərinə gələrək, mübahisə etmiş və onları söyüb təhqir etmişdir. Bacısı Zərərçəkmiş şəxs 102 XZM-yə zəng etmiş, polis əməkdaşları gəlib Bəhruzu sakitləşdirmək istəsələr də, Bəhruz onlarla da mübahisə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Şahid1 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili poli baş leytenantı X4 bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə saat 15 radələrində 102 XZM-yə müraciət əsasında Yardımlı RPŞ-nin əməkdaşlı TQ-nin təhqiqatşısı, polis baş leytenatı X6 və sahə polis nəfəro İbayev nAzim Piriş oğlu ilə Yardımlı rayonu Kürəçi kənd sakini Zərərçəkmiş şəxs Elşad qızının yaşadığı evə getmişlər, Yardımlı şəhər sakini Şəxs ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozduğunu görüb, ona yaxınlaşıb nizam intizama dəvət etsələr də, həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirdi. Onlar özlərini ona təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb ediblər, Şəxs onların tələblərinə qəsdən tabe olmadığına görə onu şəxsi iradəsinə zidd olaraq Yardımlı RPŞ-nə gətiriblər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: 06 iyul 2024-cü il tarixli AZA 019325 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 iyul 2024-cü il tarixdən saat 17:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Yardımlı rayonu Kürəkçi kəndində yerləşən Zərərçəkmiş şəxs evində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşman olması və himayəsində bir nəfər azyaşlı uşağının olması yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar