Məhkəmə qərarları › İş №3(038)-2/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-2/2025 06.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 381.14cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin platforma operatoru xidməti (“Azəri TV") tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə Şuranın ödənişsiz istifadə hüququ təmin edilmədiyinə görə hüquqi şəxs sonuncu barəsində İXM-nin 381.14-cü maddəsi ilə 17 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin İXM-nin 381.14-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikası Audiovizual Şurasının xx.xx.2024-cü il tarixli, 3-49/2- 760/2024 saylı bildirişdən görünür ki, Şəxs MMC-yə xx.xx.2024-cü il tarixədək şuranın ödənişsiz istifadə hüququ təmin edilməyəcəyi təqdirdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqinda qərardad qəbul olunacağı, eyni zamanda İXM-nin 381.14-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurasının xx.xx.2024-cü il tarixli, 3-49/2- 772/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi 17 dekabr 2024-cü il arixdə saat 11.00-da Azərbaycan Respublikası Audiovizual Şurasına dəvət edilmişdir. xx.xx.2024-cü il tarixli, RM/24-013 saylı “Retranslyasiya fəaliyyətinn monitorinqinə dair” arayışdan görünür ki, Şəxs MMC-nin “Azəri TV” xidmət adı altında platforma operatoru fəaliyyəti zamanı Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilmədiyindən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinin tələbinin (Platforma operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir) pozulması faktı təsbit olunmuşdur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 381.14cü madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, İXM-nin: 381.14-ci maddəsinə əsasən platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə – vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.1-ci maddəsinin tələbinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən universal platforma operatoru fəaliyyəti üçün 26 dekabr 2022-ci il tarixli UPO-016 qeydiyyat nömrəli lisenziya sənədi verilmiş, Şəxs MMC-nin platforma operatoru xidməti (“Azəri TV") tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə Şuranın ödənişsiz istifadə hüququ təmin edilməməsinə görə Şəxs MMC-yə verilmiş son müddət 16 dekabr 2024-cü il tarixdə bitmiş və bununla da «Media haqqında» Qanunun 32.7-ci maddəsinin tələbi (Platforma operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçiriiməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir) pozulmuşdur. Bununla da Şəxs MMC İXM-nin 381.14-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 381.14-cü maddəsinin sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 381.14-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.14-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000(beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar