Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-20/2023 18.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi , Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, Barəsində inzibati icraat olan şəxs Şəxs iştirakı ilə. 11 iyul 1979-cu ildə Yardımlı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan; Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi: Əkbərli X2 şəhəri Həzi Aslanov küçəsində fəaliyyət göstərən "xxxx" mağazasının reklamlarını müvafiq icazəsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda yerləşdirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Yardımlı şəhəri Həzi Aslanov küçəsində fəaliyyət göstərən "xxxx" mağazasına reklam yerləşdirilməsi barədə 2006-cı ildən Azercell Telekom MMC ilə müqavilə bağlamışdır. Sonuncu dəfə xx.xx.2009-cu il tarixdə Azercell Telekom MMC ilə 2009-1010 saylı müqavilə bağlamış, 21 noyabr 2021-ci il tarixdə həmin müqaviləyə xitam verilmiş və bundan sonra Azercell Telekom MMC ilə bağlı heç bir fəaliyyət göstərməmişdir. Fəaliyyət göstərdiyi dövrdə Reklam Agentliyi ilə Azercell Telekom MMC müqavilə bağlamış, reklamı da Reklam Agentliyinin əməkdaşları quraşdırmışdır. Müqaviləyə xitam verilməsi barədə Saziş imzalanandan sonra reklamın götürülməsi barədə dəfələrlə Reklam Agentliyinin əməkdaşlarına şifahi formada müraciət etsə də faydası olmamışdır. Sonra öz vəsaiti hesabına reklamı sökdürmüşdür. Reklam Agentliyinin əməkdaşları araşdırma aparmadan onun barəsində akt tərtib etmişlər və barəsində qanunsuz olaraq inzibati icraat açmışlar. Eyni zamanda onun inzibati xəta törətməsi 29 dekabr 2022-ci il tarixdə aşkar olunmuş və həmin tarixdə akt tərtib edilmişdir. Belə olan halda inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göstərdiklərini nəzərə alaraq və müddətin keçməsi ilə bağlı onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasını yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yardımlı rayonu H.Aslanov küçəsində Şəxs icazə sənədi olmadan açıq məkanda “Azercell İnsaf” reklamını icazəsiz yayımlaması haqqında 000835 İRY nömrəli akt, xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi Əkbərli X3 xətanı törətməsi 29 dekabr 2022-ci il tarixdə aşkar olunmuş və həmin tarixdə akt tərtib olunmuş, lakin inzibati protokol 25.01. 2023-cü il tarixdə tərtib edilmişdir. Belə olan halda inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilərdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs tətbiq olunmalı olan inzibati tənbeh tədbiri üçün 4 ay müddəti keçmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş olsa da, müddət keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, həmin maddədə göstərilmişdir ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əkbərli X3 Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 53.1.6-cı maddələrinə əsasən xətanın törədildiyi vaxtdan 4 aydan artıq müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayion məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-20/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-20/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver