Məhkəmə qərarları › İş №3(038)-203/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-203/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-203/2024 15.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cİ ildə Yardımlı rayonu Şıxhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Şıxhüseynli kəndində qeydiyyatda olan və yaşayan, əlilliyi olmayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı rayon polis şöbəsinin inzibati binasında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən, xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 15 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmin müraciətlə əlaqədar 15 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı rayon polis şöbəsində olan zaman əsəbləşərək borclu şəxsin barəsində ucadan və əsəbi şəkildə danışmışdır. Bu zaman polis əməkdaşları ondan sakit danışmağını tələb etmiş və o əsəbi halda olduğu üçün onlara aqressiv cavab vermişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili Şahid1 bildirmişdir ki, 15 iyul 2024-cü il tarixdə saat 12:30-da Yardımlıı rayon pöolis şöbəsinin inzibati binasının gürüş hissəsində bir nəfər şəxs ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuş, onu nizam intizama dəvət etsələd də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. O, özünü təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb etmiş, Şəxs onun tələblərinə qəsdən tabe olmadığına görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 sahid Şahid1 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Yardımlı rayon polis şöbəsinin inzibati binasında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 331.2 və 331.1.7-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 33.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olması onun məsuliyətini yüngülləşdirən hal kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə X3 barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 iyul 2024-cü il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar