Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-206/2024 18.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, 10 avqust 1974-cü ildə Yardımlı rayonu Arvana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “AZƏRİQAZ" istehsalat birliyibdə qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində işləyən, əlilliyi olmayan, Yardımlı rayonu Arvana kəndində yaşayan qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)- 1225/2023 saylı qətnaməsini üzrlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-25/2024 №-li qərarı ilə barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq bununla bağlı təkrarən üzrlü səbəbdən icra sənədini təkrarən üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 18 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. İşləmədiyindən və maddi durumu pis olduğundan borcu tam şəkildə icra etməyə imkan vermir. Qətnamə şıxandan sonra mumilikdə 1350 manat pul ödəmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Əlilliyi yoxdur. Borcunun ödənilməsi üçün yönəldilə biləcək hər hansı əmlakı yoxdur. Üç aydır ki, «Azəriqaz» İstehsalat Birliyində qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində işləyir və hər ay 200 manat borcdan ödəyəcəyinə söz verir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir, məhkəmə qətnaməsi ilə təyin edilmiş borc məbləğini ödəməkdən qərəzli olaraq yayınır. Hər dəfə məhkəməyə dəvət edilərkən bir bəhanə gətirir, keçən dəfə də söz vermişdir. Dediyi pulları hansı hesaba və kimin hesabına keçirdiyindən xəbəri yoxdur. Ona pul çatmamışdır. Buna görə də onun barəsində inzibati həbslə əlaqədar cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Şəxs Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)-1225/2023 saylı qətnaməsini üzrlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-25/2024 №-li qərarı ilə barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq Şəxs Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)-1225/2023 icra sənədi icra etməkdən yayınır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-25/2024 №-li qərarı ilə barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hal hazırda Şəxs ümumilikdə 17004 manat ödənilməmiş borcu vardır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)-1225/2023 saylı icra saənədindən görünür ki, qətnaməsinə əsasən Şəxs 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi alınaraq Zərərçəkmiş şəxsn verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)-1225/2023 tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən və izahatından görünür ki, Şəxs «Azəriqaz» İstehsalat Birliyində qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində işləyir. Əlilliyi yoxdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-25/2024 №-li qərarından görünür ki, Şəxs barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və ona əlavə edilmiş işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(106)-1225/2023 saylı qətnaməsini üzrlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-25/2024 №-li qərarı ilə barəsində 500 manat cərimə tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq bununla bağlı təkrarən üzrlü səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15(on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 iyul 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(038)-206/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-206/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver