Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-208/2024 01.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, fərdi qaydada fəaliyyət göstərən vəkil -Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1992-ci ildə Yardımlı rayonu Ərsilə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, işləməyən, barəsində əvvələr inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Ərsilə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə24 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa 150 manat olmaqla hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ondan alınaraq X1 verilməlidir. Maddi imkanı olmadığından icra sənədini icra etməmişdir. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Məmmədov X4 Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı qətnaməsi üzrə icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Şəxs aiment borcu 2400 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Cəlilabad Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(073)-213/2024 saylı icra sənədindən görünür ki, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 150 manat olmaqla hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ondan alınaraq X5 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 01 avqust 2024-cü il tarixdən saat 12:30-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(038)-208/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-208/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver