Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-209/2023 14.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi, Məhkəmə iclas katibi K1 katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon polis şöbəsindən daxil olmuş 23 noyabr 2023-cü il tarixlı, AP0229924 nömrəli inzibatı xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Vaz 21214 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün Masallı-Yardımlı yolunun 25-ci lm-də yolun yolun kənarında yerləşən təmir sexinə salmaq istəyərkən, avtomobolin sol təkəri təmir yamasına düşmüş, maşının sağ tərəfi təmir yamasında oturacaqda əyləşmiş X4 dəymiş, nəticədə X1 qısa müddətə pozulmasın səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Belə ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Eyni zamanda İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxs X4 işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Odur ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxslər X3 iştirakları olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta törətməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin 23 noyabr 2023-cü il tarixli 3-13- 116/2-8086/2023 nömrəli məktubu və iş materialları ilə də təsdiq olunur. İş materiallarında olan Yardımlı rayon X7 Qrupunun baş təhqiqatçısı polis polkovnik-leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğu üşün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Yardımlı rayon DYPB-nə məlumat üçün Yardımlı rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertıza və X8-Təcrübi və Tədrisi Birliyinin 03 oktyabr 2023-cü il tarixli, 66 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sol aşağı ətrafin baldır nahiyəsinin çapığı-əzilmiş yara izi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə, yəni 12 sentyabr 2023cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olar xəsarətlərdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Əsədov X5 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yol-nəqliyyat hadisəsi zamanı ona dəymiz maddi ziyanın tamamilə ödənildiyini, Şəxs heç bir şikayətinin olmadığını və Şəxs barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli AP0229924 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 (üç yüz ) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsinə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(038)-209/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-209/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver