Məhkəmə qərarları › İş №3(038)-210/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-210/2023

25.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-210/2023 25.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, Məhkəmənin iclas katibi K1katibliyi, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 25 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs 24 noyabr 2023-cü il tarixdə saat 24 radələrində DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti ilə şikayətin araşdırılması ilə əlaqədar Şəxs izahatının alınması üçün onun yaşadığı ünvana getmiş Yardımlı rayonu polis şöbəsinin əməkdaşlarını görüb, sərxoş halda ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, onu intizama dəvət edən Yardımlı rayonu polis şöbəsinin əməkdaşı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X6 göstərdi ki, Yardımlı rayoni Vərgədüz kənd sakini Şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti ilə əlaqədar şikayətinin yerində araşdırılması məsqsədi ilə polis əməkdaşları onun yaşadığı ünvana getmişdir. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını görüb uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu görən polis əməkdaşı X1 Əsədovu intizama dəvət edərək sakitləşdirməyə çalışsada, Şəxs öz hərəkətlərini davam etdirməklə ou intizama dəvət edən polis əməkdaşı Valid Şahbazinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona gərə də 25 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahat verərək göstərdi ki, Yardımlı rayonu Vərəgdüz kəndində yaşayır. 24 noyabr 2023-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək şikayət etmişdir. Bur müddərt sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək şikayətin araşdırılması ilə əlaqədar ərizə verməyi bildirmişdir. Lakin o, sərxoş olduğu üçün ərizə verməkdən imtina etmiş və əsəbləşərək ünvansız söyüşlər işlətmişdir. Həmi vaxt polis əməkdaşı onu intizama dəvət etsə də, sərxoş olduğundan özünü idarə edə bilməmiş və bu səbəbdən həmin şəxslə aralarında mübahisə yaranmışdır. Sonra onu Yardımlı rayon Polis şöbəsinə aparmışlar və onun barəsində protokol tərtib edilmişdir. Sərxoş olduğundan hərəkətlərini bilməmiş, törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün məhkəmə iclasında verdiyi izahat və iş materialları ilə təsdiq olunur. Belə ki, iş materialların əlavə edilmiş Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 25 noyabr 2023-cü il tarixli raportundan görünür ki, tərtib olunmuş qrafikə əsasən xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda olduğu vaxt saat 23:17-də Yardımlı rayon Vərgədüz kənd sakini Şəxs AR DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə verdiyi məlumatla əlaqədar ərizəsinin alınması ilə bağlı Şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəxs sərxoş olduğu üçün verdiyi məlumatla əlaqədar ərizə verməkdən imtina etmiş, dövlət və dövlətçilik əlehyinə xoşagəlməz ifadələr işlətmişdir. O, Şəxs intizama dəvət etsədə Ehtiram ucadan ünvansız nalayiq ifadələr işlətməklə, qanunsuz hərəkətlərini davam edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 25 noyabr 2023-cu il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol şərxoşluq vəziyyəti pr=1.900 müəyyən edilmidir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs törətdiyi əməldən səmimi peşman olması onun əməlində məsuliyyəti yüngülləşdirən haldır. Şəxs inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 noyabr 2023-cü ildən, saat 13:35-dən hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar