Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-213/2023 30.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X15 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, 16 avqust 1990-cı ildə Yardımlı rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(030)-42/2020 nömrəli icra sənədi üzrə X3 məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. X1 aliment borcu 3760 manat təşkil edir. Bununla da X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 göstərdi ki, ondan Daşkəsən Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(030)- 42/2020 nömrəli icra sənədinə əsasən X7 yetkinlik yaşına çatanadak saxlanılması üçün ondan hər ay 80 manat aliment tutularaq X8 xeyrinə verilməlidir. İşləmədiyindən, daimi iş yeri və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. X6 inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə də təsdiq olunur. Belə ki, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, X3ndan Daşkəsən rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(030)-42/2020 nömrəli icra sənədinə əsasən X7 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 80 manat aliment tutularaq X8 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. X3 daimi iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədlərinin icrasını tam təmin etməmiş və aliment borcunu ödəməmişdir. Bu səbəbdən X6 barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. X1 aliment borcu 3760 manat təşkil edir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli, MN1057741 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(030)-42/2020 nömrəli icra sənədinə əsasən X7 yetkinlik yaşına çatanadak saxlanılması üçün X5 hər ay 80 manat aliment tutularaq X8 xeyrinə verilməlidir. Lakin X3 icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. X1 aliment borcu 3760 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, X6 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. X2 peşmançılığı əməlində məsuliyyəti yüngülləşdirən hallardır. X6 əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, X6 şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirici halları, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X10 Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8(səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən saat 12:15-dən hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsinə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən x 15
Məhkəmə qərarları › İş №3(038)-213/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-213/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver