Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-213/2025 04.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təhqiqatçısı, X2, tərcüməçi X1, özünü Şəxs kimi təqdim edən şəxsin və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, deməsinə görə 08 dekabr 2000-ci ildə Əfqanıstan İslam Respublikasının Kabul şəhərində doğulmuş, subay, Əfqanıstan İslam Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Əfqanıstan İslam Respublikasında yaşamış, özünü Şəxs kimi təqdim edən şəxsin barəsində «tutma» inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissə komandiri polkovnikleytenant Teymur Ağamalıyevin müraciətinə toplanmış ilkin sübutlarla birlikdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: Sərhəd pozucusu kimi saxlanılmış və özünü Əfqanıstan İslam Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 03 may 2025-ci il tarixli protokol və toplanmış materiallar Yardımlı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və özünü Əfqanıstan İslam Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs verdiyi izahatında göstərdi ki, o, 08 dekabr 2000-ci ildə Əfqanıstan İslam Respublikasının Kabul şəhərində doğulmuşdur. O, İran İslam Respublikasına gəlmişdir. Daha sonra Avropa ölkələrinə ketmək üçün Azərbaycan Respublikası ərazisindən istifadə etmək məqsədilə sərhədi qanunsuz keçmişdir. Nəticədə sərhədçilər tərəfindən saxlanılmışdır. Onun pasportu ümumiyyətlə olmamışdır. Saxlanılan zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir, təzyiq olmamış, ona qarşı hər hansı hədə olmamışdır. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil Şəxs barəsində tutmanın tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə özünü Əfqanıstan İslam Respublikasının vətəndaşı kimi təqdim edən Şəxs izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, Şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Özünü 08 dekabr 2000-ci ildə Əfqanıstan İslam Respublikasının Kabul şəhərində doğulmuş, Əfqanistan İslam Respublikasının vətəndaşı Şəxs kimi təqdim edən şəxs barəsində «tutma» inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri tətbiq edilsin. İnzibati qaydada tutma müddəti 3(üç) gün həddində müəyyən edilsin. İnzibati qaydada tutma müddətinin əvvəli 03 may 2025-ci il tarixdən saat 10:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(038)-213/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-213/2025
04.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver