Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-215/2025 14.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X1 iştirakı ilə, 1 saylı RETSİ-nin rəisi X2 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Tahir Ağayev tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin rəisi X2 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X4 şikayət verərək, 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Yardımlı rayonu Tilə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. Yaşadığı kəndə mavı qaz çəkilmədiyindən yanacaq vasitəsi kimi odundan istifadə edirlər. 07 aprel 2025-ci il tarixdə odun gətirmək üçün meşəyə getmiş, Yardımlı rayon 2 saylı meşəbəyiliyiin 5 saylı meşə dlayında 2 ədəd ağacın kəsilmiş vəziyyətdə olduğunu görmüş və həmin acağı budayaraq budaqlarını evə gətirmək qərarına gəlmişdir. Bu vaxt həmin ərazinin meşəbəyisi gəlib ona ağacı niyə kəsdiyini soruşanda o, acağı kəsmədiyini, ağacın əvvəlcədən kəsildiyni bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Sonra onun barəsində qərar qəbul edilmişdir. Heç yerdə işləmir, gəliri yoxdur. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Yardımlı rayon polis şöbəsinin 08 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqında iş üzrə icraat başlanmış və qərar toplanmış materiallarala birlikdə şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X4 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşəqırma bileti (orderi) olmadan meşə fondundan istifadə qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. X3 məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, o ağacın budaqlarını kəsdiyini etiraf edir və bununla da X3 həmin ərazisində ağacların budaqlarını kəsməsi faktı öz əsksini tapmışdır. Məhkəmə qeyd edir ki, X3 ona istinad edilən əməli törətməsi 1 saylı RETSİ tərəfindən tədqiq edilmiş sübutlar, xüsusən də özünün qismən etirafedici izahatı əsasında öz təsdiqini tapmışdır. Belə olan halda da şikayətin təmin edilməsi, 1 saylı RETSİ-nin rəisi X2 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, habelə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir hüquqi əsas mövcud olmamaqla, 1 saylı RETSİ-nin rəisi X2 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. Şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilmişdir. Belə ki, İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 28 aprel 2025ci il tarixli, MN ******* saylı qərarı qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 28 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(038)-215/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-215/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver