Məhkəmə qərarları › İş №3(038)-216/2025

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №3(038)-216/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 3(038)-216/2025 30.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ27375400 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ27375400 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X2 şikayət verərək, BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ27375400 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 bildirmişdir ki, mübahisələndirilən qərar yuxarı inzibati orqan – Azərbaycan Respublikası BDYİ tərəfindən ləğv edildiyindən hazırki şikayətini geri götürür. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ27375400 saylı qərarından görünür ki, X2 İXM-nin 346.6-cı maddəsi üzrə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. ASANPAY ödəniş sistemindən çıxarışdan görünür ki, EQ27375400 saylı inzibati xəta haqqında protokol mövcud deyil. Məhkəmə işdə olan sənədləri və X1 ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə hesab edir ki, İXM-də barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin şikayətini geri götürməsini və bunu nəticələrini tənzimləyən normalar müəyyən edilmədiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxmından iş üzrə qanunun analogiyası tətbiq edilməli və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin oxşar prosessual hüquq münasibətlərini tənzimlənəyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası BDYPİnin xx.xx.2025-ci il tarixli, EQxx saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X2 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməli, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4 və 391.11-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQxx saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X2 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilmir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar