Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-217/2023 14.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi , Məhkəmənin iclas katibi K1 katibliyi, Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mıənsim oğlunun iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonu Osnaqaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Osnaqaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Mənsim oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(038)-8/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs Mənsim oğlu məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs Mənsim oğlunun aliment borcu 3300 manat təşkil edir. Bununla da Şəxs Mənsim oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənsim oğlu göstərdi ki, Yardımlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(038)- 8/2023 nömrəli qətnaməsinə əsasən ondan hər uşağa 150 manat olmaqla cəmi 300 manat aliment tutularaq X4 verilməlidir. Yaranmış aliment borcu tələbkarın məhkəmə müraciət etdiyi gündən hesablandığına görədir. 4 ay uşaqlar onun himayəsində yaşamışlar, qərar icrası üçün Yardımlı Rayon İcra və Probasiya şöbəsinə verildirdən sonra uşağın biri anasının himayəsində yaşayır. Uşaqları saxladığı 4 ay müddət aliment borcundan çıxılmamışdır. İşləyir və 400 manat əmək haqqı alır. Uşağın birinin onun himayəsində yaşamasına baxmayaraq icra vərəqəsi verilən vaxtdan hər ay onun əmək haqqından 300 manat pul tutularaq tələbkara verilir. Qalan 100 manat pulla o və uşağı dolanırlar. Başqa gəliri olmadığından qalıq aliment borcunu ödəyə bilmir. Göstərdiklərini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsaslanaraq məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs Mənsim oğlunun inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə də təsdiq olunur. Belə ki, Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Mənsim oğlundan Yardımlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(038)-8/2023 nömrəli icra sənədinə əsasən X6 və X2 yetkinlik yaşına çatanadak saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq X3 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Borclu Şəxs Mənsim oğlu işləyir və aliment borcu əmək haqqından tutulur, lakin qalıq borcunu ödəmir və tələbkar da qalan alimentin ödənilməsini tələb edir. Bu səbəbdən Şəxs Mənsim oğlunun barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda Şəxs Mənsim oğlunun aliment borcu 3300 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Mənsim oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, MN1057744 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(038)-8/2023 nömrəli icra sənədinə əsasən X6 və X2 yetkinlik yaşına çatanadak saxlanılmaları üçün Şəxs Mənsim oğlundan hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq X3 xeyrinə verilməlidir. Lakin borclu Şəxs Mənsim oğlu icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını tam təmin etməmişdir. Hazırda Şəxs Mənsim oğlunun aliment borcu 3300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində göstərilir inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Mənsim oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənsim oğlunun məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, hazırda Şəxs Mənsim oğlunun işləyir və əmək haqqında hər ay 300 manat aliment tutulur.Uşaqlar 4 ay onunla birlikdə yaşamışlar, hazırda uşaqlardan biri atasının o biri isə anasının himayəsində yaşayırlar və bu səbəbdən aliment borcu yaranmışdır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs Mənsim oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, azyalı uşağını təkbaşına böyütdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Mənsim oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Mənsim oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(038)-217/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-217/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver