Məhkəmə qərarları › İş №3(038)-22/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-22/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-22/2023 02.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 oğlunun sədrliyi, Məhkəmə iclas katibi K 1 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxx 1982-ci ildə Yardımlı rayonu Bozayran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yardımlı rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayonu Bozayran kənd sakini Şəxs 02 fevral 2023-cü il tarixdə saat 08 radələrində VAZ 2106 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı şəhəri H.Əliyev prospekti ilə idarə edərkən yol hərəkəti qaydalarını pozduğu və bir zolaqdab digər zolağa keçməklə hərəkətdə olduğuna görə saxlanılmış, Yardımlı rayon Polis Şöbəsin DYPB-nin əməkdaşları tərəfindən yoxlama zamanı sürücü Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində 02 fevral 2023-cü il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Yardımlı rayonu Bozayran kəndində ailəsi ilə birlikdə yaşayır. Avtomaşınları idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 02 fevral 2023-cü il tarixdə, saat 08 radələrində “VAZ 2106 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan Yardımlı şəhəri H.Əliyev prospekti ilə idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları ona saxlama işarəsi vermiş, Yol Patrul Xidmətinin əməkdaşının tələblərinə tabe olaraq avtomaşını saxlamışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, tibbi müayinəyə təqdim olunduqdan sonra onun yüngül dərəcəli sərxoş olması təsdiq olunmuşdur. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşları onun sərxoş olduğunu müəyyən etdikdə barəsində protokol tərtib etmişlər. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, sərxoşluq dərəcəsinin yoxlanılmasına dair həkim rəyi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4.-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İşdə olan 02 fevral 2023-cü il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair tibbi müayinə aktından görünür ki, Şəxs yoxlama zamanı 2.740 promil spitli içki qəbul etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 02 fevral 2023-cü il saat 13:20-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar