Məhkəmə qərarları › İş №3(038)-23/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-23/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-23/2023 16.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 09 oktyabr 2022-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni dəbbə pulu ilə birlikdə 29 yanvar 2023-cü il tarixdə tam ödəmişdir. Şəxs 240 (iki yüz qırx) manat pulu ödəməsi barədə qəbzi ərizəyə əlavə edərək, işə onun iştirakı olmadan baxıb, inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Şəxs həmin tarixdə cəriməni dəbbə pulu ilə birlikdə (İXP ******* nömrəli inzibati xəta haqqında protokol) ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni dəbbə pulu ilə birlikdə tamamilə ödəməsini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (İXP ******* nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar