Məhkəmə qərarları › İş №3(038)-238/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-238/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-238/2024 08.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 iştirakı iştirakı ilə, 01 avqust 1995-ci il tarixdə Cəlilabad rayonu, Buravar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Cəlilabad rayonu, Ləkin ərazi dairəsi Buravar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialına Yardımlı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Yardımlı rayonu Gendərə kəndi ərazisində üzərində olan şalvarın sağ yan balaca cibində 1 ədəd bükümdə qurudulmuş marixuana gəzdirməsi aşkar olunduğuna görə barəsində İXM-nin 206-cı maddəsi ilə 08 avqust 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Cəlilabad rayonu Buravar kəndində yaşayır, ailəlidir, himayəsində bir azyaşlı oğlu vardır. O, bir neçə aydır aradabir narkotik maddə qurudulmuş marixuana istifadə edir. Təxminən 1 gün əvvəl şəxsi işləri ilə bağlı Cəlilabad rayonunun mərkəzinə getmişdir. Sonra isə Cəlilabad rayonun mərkəzində yerləşən heyvan bazarına gedərək heyvan qiymətləri ilə maraqlanan zaman bir nəfər şəxs ona yaxınlaşmış, ona istədiyi təqdirdə marixuana sata biləcəyini demişdir. O da aradabir marixuana istifadə etdiyi üçün həmin şəxsdən 10 manata 1 ədəd sellofan bükümdə narkotik maddə marixuana almışdır. Bundan sonra yaşadığı evə gəlmişdir. Həmin narkotik maddənin bir hissəsini istifadə etmiş, qalan narkotik maddəni isə əynində olan şalvarın cibində saxlamışdır. 05 avqust 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Yardımlı rayonu Çanaxbulaq kəndi yaxınlığında yerləşən dükana getmişdir. Həmin tarixdə saat 17:20 radələrində Yardımlı rayonu Gendərə kəndi ərazisində onu Yardımlı rayon Polis şöbəsinin əməkdaşları saxlamışlar. Polislər ona üzərində narkotik maddə daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra videoçəkilişlə saxlanıldığı yerdə üzərində yoxlama aparılmışdır. Ona üzərində narkotik maddə varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarın sağ yan-balaca cibindən 1 ədəd sellofan bükümdə olan narkotik maddə marixuananı çıxararaq təqdim etmişdir. O, bir neçə aydır aradabir narkotik maddə qurudulmuş marixuana istifadə edir, satışı ilə məşğul olmur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 bildirmişdir ki, Şəxs üzərində narkotik maddə daşımaqda şübhəli bilindiyindən xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Yardımlı rayonu Gendərə kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı üzərində 2,173 qram çəkidə az miqdarda narkotik vasitəni-qurudulmuş marixuana aşkar edilmişdir. Bu səbəbdən sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərmişdir ki, Yardımlı Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2024-cü il tarixdə ona Cəlilabad rayonu Buravar kəndində qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq üzərində saxlaması barədə məlumat daxil olmuşdur. O dərhal daxil olmuş məlumatın yoxlanılması barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Şəxs saxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. 05 avqust 2024-cü il tarixdə saat 17:22-də Yardımlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Uçot-Qeydiyyat və Statistik İşlər qrupunun operatoru Şahid1 ilə birlikdə Yardımlı rayonu Gendərə kəndi ərazisində Şəxs saxlamışlar. Şəxs üzərində videoçəkilişlə yoxlama aparılmış, onun əynində olan qara rəngli şalvarın sağ-yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Bundan əlavə onun əynində olan şalvarın sağ arxa cibindən 3 ədəd 1 manatlıq pul əskinazları aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən “Əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Uçot-Qeydiyyat və Statistik İşlər qrupunun operatoru Şahid1 Şahid2 izahatına uyğun izahat verdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin Yardımlı rayon polis şöbəsinin baş təhqiqatşısı, polis polkovnik leytenantı X2 HK-1/332 saylı material üzrə 06 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 06 avqust 2024-cü il tarixli 19/598 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxsin üzərindən götürülmüş marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi- 2.173 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram istifadə edilmiş, qalıq 2,123 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri HK-1/332 saylı material üzrə 06 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «qurudulmuş marixuana (kannabis)» olan maddə narkotik vasitədir, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, İXM-nin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə hesab edir ki, iş üzrə Yardımlı rayon polis şöbəsində saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 2.123 qram qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə inzibati xəta haqqında məsrəflərlə əlaqədar qeyd edir ki, İXM-nin 55.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, espertiza xərci olan 60 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə Yardımlı rayon polis şöbəsində saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 2.123 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci olan 60 manat dövlət büdcəsi hesabına ödənilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar