Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-241/2024 14.08.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Yardımlı rayonu Porsova kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağayeva X3 Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə, həmçinin AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 14 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatı olsa da maddi imkanı olmadığı üçün borcunu birdəfəyə ödəyə bilmir. Hazırda heç bir yerdə işləmir, lakin ailə üzvlərinin köməkliyi ilə icra sənədi üzrə ayda 500 manat ödəniş edir. Əlavə olaraq bildirmişdir ki, boşanmışdır, himayəsində yetkinlik yaşına çatmamış bir qızı vardır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Ağayeva X3 Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədini tam həcmdə icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs onun bütün çağırışlarına gəlir, hər ay könüllü olaraq 500 manat məbləğində ödəniş edir. ümumi borcdan 5900 manat ödəniş olub. Lakin tələbkar şikayətçidir və aylıq 500 manat ödənilməsinə etiraz edir. Borc məbləğinin tam həcmdə icrasını tələb edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, Şəxs 17500 manat və 143 manat ödənilmiş dövlət rüsumunun alınaraq X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs na göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Yardımlı Rayon Məhkəməsinin 8(038)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-205/2023 saylı, 18 may 2023-cü il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.1990-cı il təvəllüdlü borclu Yardımlı rayon Porsova kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Yardımlı Rayon Məhkəməsinin 3(038)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır, mülkiyyətində daşınar və ya daşınmaz əmlakı yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyasına görə «məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, o icra məmurunun çağırışlarına mütəmadi olaraq gəlmiş, məhkəmənin icra sənədi üzrə yaranmış borcunu qismən də (1/3 hissəsini) olsa ödəmişdir, yəni onun qərəzli olaraq icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Bundan əlavə Şəxs əmlak vəziyyəti yoxlanılmış və adına hər hansı daşınar və ya daşınmaz mülkiyyət müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: x7
Məhkəmə qərarları › İş №3(038)-241/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-241/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver