Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-250/2025 22.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəx - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis kiçik-leytenantı X3 iştirakı ilə, xx xxxxx 1986-cı ildə Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonunda kirayədə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Yardımlı rayon polis şöbəsində onun barəsində olan materialların araşdırılması üçün polis şöbəsinə dəvət edən həmin ərzidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis kiçik-leytenantı X6 tərəfindən İXMnin 535.1-ci maddəsi ilə 22 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İTB-nin sahə rəisi, polis kiçik-leytenantı X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Həsənov X9 rayon polis şöbəsində barəsində olan materialların araşdırılması üçün polis şöbəsinə dəvət edilmiş,o, şöbəyə gəlmək istəməyərək vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhərində olarkən Şahin adlı polis əməkdaşı ona teləfonla zəng edilərək görüşmək istədiyini bildirmiş, işlə əlaqədar onunla görüşə bilməmişdir. 2-3 gün sonra, yəni 22 may 2025-ci il tarixdə Yardımlı rayonuna gəlmiş və evə gələn kimi polis əməkdaşları gəlib onu polis şöbəsinə getməsini bildirmişlər. O, əyin paltarlarını dəyişib şöbəyə getmişdir. Polis əməkdaşlarını söyməmiş, onlara qarşı hər hansı hərəkət etməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır və onun barəsində olan inzibat xəta haqqında materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə PPXB-nin komandiri X5 və PPXB-nin polis nəfəri X7 ilə Yardımlı rayonu İTB-nin təhqiqat qrupunda barəsində material olduğundan Yardımlı şəhər sakini ŞəxsYardımlı polis şöbəsinə dəvət edən zanam Şəxs onlarla mübahisə etməyə başlamışdrı. Şəxs intizama dəvət etsələr də o öz hərəkətlərini davam etdirərək qəsdən onların qanuni tələbinə tabe olmamışdır. Sonra Şəxs rayon polis şöbəsinə dəvət etmişlər və rayon polis şöbəsində Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri X7 və PPXB-nin komandiri X5 Şahid1 izahatına uyğun izahat vermişdir. (Buna görə də məhkəmə həmin izahatı qərarda təkrarlamağa zərurət görmür.) Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Zaur İslam oğlunun himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alaraq onun barəsində həbslə əlaəqdar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis kiçik-leytenantı X6 tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və 22 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə barəsində olan təhqiqat materialları ilə əlaqədar Yardımlı rayon polis şöbəsinə getməyi tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 may 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(038)-250/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-250/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver