Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-257/2024 05.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Yardımlı RİHBnın X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın üzvü Nümayəndə iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Yardımlı rayonu, Bərcan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsili, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Yardımlı RPŞ tərəfindən İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə ona görə gördərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 21:00 radələrində Yardımlı rayonu, Bərcan kəndində yaşadığı evin həyətində bacısı oğlu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, həmin gün bacısıgili gedib öz evlərinə gətirmişdir. Zərərçəkmiş şəxs onun öz bacısı oğludur. X9 ilə aralarında münaqişə olmuşdur. Lakin Zərərçəkmiş şəxs döyməmiş, onu yerdə sürüməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Yardımlı RİHB-nın X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın üzvü Nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, dayısı onu döymüşdür. Həmin gün dayısı Şəxs ilə atasının arasında mübahisə olmuş və onlar dalaşmağa başlamışlar. Bu zaman o da atasına dəstək olmaq üçün araya girmiş və dayısı onu sürüyərək yerə atmışdır. Qolundan və dizindən xəsarət almışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, Şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə oğludur. Yaşadığı evlə qardaşı Şəxs evləri bir-birinə yaxındır. Bu səbəbdən evlərində mübahisə olan zamanı qardaşı eşitmiş və ora gəlmişdir. Bundan sonra onu və iki azyaşlı uşağını da götürüb öz evlərinə aparmışdır. Tunar həmin gecə dayısının evində qalmışdır. Hadisə zamanı qardaşı Şəxs oğlu Tunarı vurmamışdır. Ümumiyyətlə qardaşı Şəxs tərəfindən oğlu Tunara hər-hansı bir xəsarət yetirilməmişdir. Tunar atasının təsiri ilə məhkəmədə yalan ifadə verir. İş materiallarına əlavə olunmuş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Yardımlı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X6 Şəxsinin verdiyi 632 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said və sağ bud-çanaq oynağı nahiyəsinin fasiləli sıyrığı müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibinin, konkret olaraq isə inzibati xəta tərkibinin obyektiv cəhətinin mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, İXM-nin 157-ci maddəsinə görə məsuliyyət o halda yaranır ki, şəxsin əməlində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə sübuta yetirilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmədə ehtiva olunur. Hazırki iş üzrə inzibati xətanın obyektiv cəhəti, yəni Şəxs Zərərçəkmiş şəxs hər hansı zorakı hərəkət etməsi ilə ona fiziki ağrı yetirməsi və yaxud döyməsi, nəinki məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur, bunun əksinə şahid ifadəsi ilə də təkzib olunur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə iclasında xəsarətin ona dizindən vurulmasını bildirsə də, bu hal verilmiş ekspert rəyi ilə uyğunluq təşkil etmir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin mövcudluğu heç də həmin xəsarətlərin Şəxs tərəfindən yetirilməsinə dələlət etmir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən hadisə baş verən günü Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin mövcudluğuna dair sübut (müvafiq tibbi ekspertizanın rəyi) təqdim etsə də, lakin həmin xəsarətlərin məhz Şəxs tərəfindən törətdilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan qanunvericilik (İXM-nin 102-ci maddəsi) yol verdiyi halda hər hansı əlavə araşdırma aparmamış, ekspert qarşısında həmin xəsarətlərin öz özünə yetirilməsinə xarakterik olub-olmaması araşdırılmamış, ekspert qarşısında bu kimi suallar qoyulmamışdır. İXM-nin 102-ci maddəsinə görə; 102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Şəxs əməlində inzibati xətanın mövcudluğu inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə Şəxs təqsirliliyini sübuta yetirmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibat xəta tərkibi mövcud olmadığından, yəni Şəxs Zərərçəkmiş şəxs döyməsi faktı təsdiqini tapmadığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(038)-257/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-257/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver