Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-262/2024 17.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X33 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yinin nümayəndələri X15 və X8, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 etibarnamə əsasında nümayəndəsi X9 iştirakı ilə, Y barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 17.072024-cü il tarixli, 3-17-5/2-47003/2024 nömrəli göstərişini yerinə yetirmədiyinə görə sonuncu tərəfindən onun barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə 30 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X3 nümayəndəsi X16 izahatında göstərmişdir ki, Yardımlı rayonu Bozayran kənd sakini X17 peşə xəstəliyi ilə bağlı zərərə görə aylıq ödənc ala bilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Bakı Dost Mərkəzinin və Nazirlik yanında X25 Xidmətinin X3 ünvanına daxil olmuş müraciəti araşdırılarkən Yi rəhbərliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 03-66 nömrəli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X5 Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin xx.xx.1986-cı il tarixli 91-5 nömrəli əmri ilə həkimrentgenoloq vəzifəsinə təyin edilmiş və işəgötürənin xx.xx.2013-cü il tarixli 45 nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Yi rəhbərliyinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, Bağı Şabiyevin əlillik səbəbinin «ümumi xəstəlik»dən «peşə xəstəliyi»nə dəyişdirilərək qeyd edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi tələbinə Bakı İnzibati Məhkəməsində baxılmış və məhkəmənin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)- 2650/2021 nömrəli qərarı ilə tələbi təmin olunmuşdur. X27 iddiasına Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1 (103)-1631/2022 nömrəli qərarı ilə iddia təmin edilməmiş və nəticədə Bağı Şabıyevin «ümumi xəstəlik»dən əlilliyi «peşə xəstəliyi»nə dəyişdirilmiş, lakin Yi vətəndaşa peşə xəstəliyi ilə bağlı zərərə görə aylıq ödənci ödəməmişdir. X25 Xidmətinin X3 xx.xx.2024-cü il tarixli 3-17-5/2-47003/2024 nömrəli göstəriş xarakterli məktub ilə Yin direktoru X10 tələb olunmuşdur ki, X17 peşə xəstəliyi ilə bağlı zərərə görə aylıq ödəncin hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə 30 (otuz) gün müddətində X25 Xidmətinin X4 rəsmi məlumat versin. Lakin, Yin direktoru X6 Əmək Müfəttişliyi Xidmətinin X3 həmin göstərişini yerinə yetirməmişdir. Bununla bağlı vəzifəli şəxs kimi Yin direktoru da 1000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yinin nümayəndəsi X15 izahatında göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınnın xx.xx.2022-ci il tarixli 2-1 (103)-1631/2022 nömrəli qərarı ilə Bağı Şabıyevin əlilliyi «ümumi xəstəlik»dən «peşə xəstəliyi»nə dəyişdirilərək zərərə görə Y tərəfindən vətəndaşa aylıq ödənci ödəməsi qərar alınmışdır. Y tərəfindən qərarın icrası ilə əlaqədar 15 iyul 2024-cü il tarixlı, 18-1-81/2-142/2024 saylı məktubla «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin hüququ departamentinə müraciət olunsa da onlara hər hansı cavab verilməmişdir. Eyni zamanda Yin büdcəsində maliyyə vəsaiti olmadığından qərarın icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yin digər nümayəndəsi X2 Davud Surxay oğlunun izahatına uyğun Davud Novruzovun dediklərini təsdiqlədi. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Yin İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: X25 Xidmətinin X3 Yinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-47003/2024 nömrəli göstərişindən görünür ki, X17 peşə xəstəliyi ilə bağlı zərərə görə aylıq ödəncin hesablanıb ödənilməsini təmin edib, nəticəsi barədə 30 (otuz) gün müddətində X25 Xidmətinin X4 rəsmi məlumat verilsin. Əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1 -1 -ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X7 tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Y Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 xx.xx.2024-cü il tarixli, 3-17-5/2-47003/2024 nömrəli göstərişini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Yinin 15 iyul 2024-cü il tarixlı, 18-1-81/2-142/2024 saylı məktubundan görünür ki, Bağı Şabiyevin ərizəsi ilə əlaqədar «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin hüququ departamentinə müraciət olunmuşdur. Yinin 29 iyul 2024-cü il tarixlı, 207 saylı məktubundan görünür ki, Bağı Şabiyevin ərizəsi ona nəzərdə tutulmuş ödənişin hansı qaydada ödənilməsinə münasibət bildririlməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinə gündərilmişdir. «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin 27 iyul 2024-cü il tarixlı, 18-1/2-6995/2024 saylı məktubundan görünür ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin müraciəti Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinə gündərilməklə, X21 qanunvericilikdə nəzərdə tutulmuş ödənişin hansı qaydada ödənilməsi ilə bağlı məsləyə münasibət bildirilməsi xahiş edilmişdir. «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin 23 avqust 2024-cü il tarixlı, 18-1/2-7825/2024 saylı cavab məktubundan görünür ki, zərərə görə aylıq ödənclər şəxsin əmək münasibətində olub-olmamasında aslı olmayaraq ödənilməsi Yardımlı rayon mərkəzi xəstəxanası» PHŞ-ə izah edilmişdir. Yin direktoru X12 X25 Xidməti X4 ünvanladığı xx.xx.2024-cü il tarixli 03-73 saylı məktubundan görünür ki, X17 ərizəs ilə bağlı qanuna müvafiq tədbir görüləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Yin əməlində İXM-nin 539.1-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 №-li qərarının 1.1-ci bəndinə görə: 1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyət səbəb olur. Qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, X17 peşə xəstəliyinə tutulması qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən peşə xəstəliyinə görə aylıq ödəncin verilməsi işə götürən, yəni Yi tərəfindən həyata keçirilməlidir. X25 Xidmətinin X3 tərəfindən Yinə peşə xəstəliyinə tutulmuş X22 aylıq ödənclərin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3-17-5/2- 47003/2024 №-li göstəriş göndərilmiş, lakin Yi qeyd edilən göstərişi yerinə yetirməmişdir. Bununla da Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarına qiymət verərək, hesab edir ki, Yinin peşə xəstəliyinə tutulmuş X22 aylıq ödənclərin verilməsi ilə bağlı «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin hüququ departamentinə müraciət olunması, lakin onlara hər hansı cavabın verilməməsi, eyni zamanda ödənclərin verilməsi üçün Yin büdcəsində maliyyə vəsaitinin olmaması sonuncunu ödənclərin verilməsi öhdəliyindən, nəticə etibarı ilə Yinə ünvanlanmış göstərişin icra edilməsi öhdəliyindən azad etmir və həmin hallar Yinin barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzbati icraata xitam verilməsi və sonuncunun inzibati məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul oluna bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 539.1-1-ci maddəsinin sanksiyasına əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yin əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Yinin İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Yi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000(iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
X35