Məhkəmə qərarları › İş №3(038)-266/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-266/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-266/2025 29.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 may 2025-ci il tarixdə, saat 14 radələrində barəsində Yardımlı rayon polis şöbəsində olan araşdırma materialları ilə əlaqədar polis şöbəsinə dəvət edilərkən Yardımlı rayon Vərəgədüz kəndinin mərkəzində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 29 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 bildirmişdir ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs müxtəlif vaxtlarda Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə zəng edərək lüzumsuz danışıqlar aparmış, dəstəyi asmayaraq xəttə qalacağını bildirərək xidmətdə olan polis əməkdaşlarının izahatını dinləməmiş, 29 may 2025-ci il tarixdə, saat 14 radələrində barəsində Yardımlı rayon polis şöbəsində olan araşdırma materialları ilə əlaqədar polis şöbəsinə dəvət edilərkən Yardımlı rayon Vərəgədüz kəndinin mərkəzində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təsirli bilərək bildirmişdir ki, Yardımlı rayon Vərgədüz kəndində yaşayır. Bir nəfərin ona borcu olduğu və borcu vermədiyindən aralarında mübahisə yaranmış və o da içkili olduğundan, bir neçə dəfə «102» xidməti zəng mərkəzinə zəng emişdir. Sonra 29 may 2025-ci il tarixdə, saat 14 radələrində polis əməkdaşları gəlib onu şöbəyə dəvət edərkən aralarında münahisə yaranmışdır. Sonra onu Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib edilmişdir. Hərəkətlərindən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Əlilliyi yoxdur, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza erilməsini xahiş edir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X5 bildirmişdir ki, PPXB-nin polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə verilmiş tapşırığa əsasən 29 may 2025-ci il tarixdə, saat 14 radələrində Şəxs barəsində Yardımlı rayon polis şöbəsində olan araşdırma materialları ilə əlaqədar polis şöbəsinə dəvət edilərkən Yardımlı rayon Vərəgədüz kəndinin ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət etsələr də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonda həmin şəxsi Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 oğlu bildirmişdir ki, PPXB-nin polis nəfəri polis kiçik serjantı X5 ilə birlikdə verilmiş tapşırığa əsasən 29 may 2025-ci il tarixdə, saat 14 radələrində Şəxs barəsində Yardımlı rayon polis şöbəsində olan araşdırma materialları ilə əlaqədar polis şöbəsinə dəvət edilərkən Yardımlı rayon Vərəgədüz kəndinin ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət etsələr də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonda həmin şəxsi Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib etmişlər. İş materiallarına əlavə olunmuş: X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi özünün səmim etirafı,şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Yuxarıda qeyd olunana maddi hüquq normalarının məzmununu tədqiq edilmiş sübutlar qarşılıqlı şəkildə araşdırmaqla müəyyən edilmişdir ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs 29 may 2025-ci il tarixdə, saat 14 radələrində Yardımlı rayonu Vərgədüz kəndində, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə müəyyən olunur ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 may 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. xx

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar