Məhkəmə qərarları › İş №3(038)-27/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-27/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-27/2024 08.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi , X6 katibliyi, Yardımlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol polisi xidmətinin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə Müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 06 fevral 2024-cü il tarixli, AP0229932 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı şəhəri Heydər Əliyev prospektində hərəkət edərkən idarəetməni itirmiş və avtomobil yolun kənarında hasara çırpılmışdır. Nəticədə VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə maddı ziyan dəymişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələsində ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yardımlı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol polisi xidmətinin inspektoru, polis baş serjantı X2 məhkəmə iclаsındа izahat verərək göstərdi ki, 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində Yardımlı şəhər sakini Şəxs idarə etdiyi VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı şəhəri Heydər Əliyev prospektində hərəkət edərkən idarəetməni itirmiş və avtomobil yolun kənarında hasara çırpılmışdır. Nəticədə VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddı ziyan dəymişdir. Sənədlərin yoxlanılması və tibbi müayinə zamanı Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Sonra Şəxs barəsində protokol tərtib edilərək Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində evdə spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə siqaret almaq məqsədi ilə evdən çıxmış, Yardımlı şəhəri Heydər Əliyev prospektində hərəkət edərkən idarəetməni itirmiş, avtomobul yolun kənarındakı hasara dəymış və nəticədə VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə maddı ziyan dəymişdir. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Xəstədir, heç yerdə işləmir, maddi imkanı pisdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı ilə yanaşı 06 fevral 2024-cü il tarixli, AP0229932 nömrəli protokol və iş materialları ilə də təsdiq olunur. Belə ki, iş materialında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 06 fevral 2024-cü il tarixli 14 nömrəli aktdan görünür ki, Şəxs 06 fevral 2024-cü il tarixdə saat 21:39-da tibi müayinə olunmuş və onda sərxoşluq dərəcəli 0.550 promil aşkar olunmuşdur. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli, AP0229932 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı şəhəri Heydər Əliye prospektində hərəkət edərkən idarəetməni itirmiş və avtomobil yolun kənarında hasara dəymişdir. Nəticədə VAZ 21001 markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə maddı ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3.cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tətəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və ya yol hərkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş səxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasına görə səkkiz yüz manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar