Məhkəmə qərarları › İş №3(038)-270/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-270/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-270/2025 08.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X32 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 direktoru X10 və nümayəndəsi X4 iştirakı ilə, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-34227/2025 nömrəli göstərişini yerinə yetirmədiyinə görə sonuncu tərəfindən «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə 11 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X18 və başqaları tərəfindən əvəllər əmək münasibətində olduqları «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin ünvanına daxil olmuş müraciətə Xidmətinin Lənkəfan-X28ndə baxılan zaman müəyyən edilmişdir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinin, 165-ci maddəsinin 1-ci hissəsinin, 83-cü maddəsinin 4-cü hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq X9, X6, X11, Quliyev Sərvər Vəkil oğlunun və X16 iş vaxtından artıq iş saatlarında işə cəlb edilməsi, işə cəlb edildiyi artıq işlərə görə onlara əlavə əmək haqqının hesablanmaması və son haqqhesabları əmək müqavilələrinə xitam verildiyi gün ödənilməməsi halları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci və 192.4-cü maddələrində nəzərdə tutulmuş xətalara səbəb olmuşdur. Bu səbəbdən X25 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-34227/2025 nömrəli göstəriş xarakterli məktubu ilə «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 işəgötürənindən tələb olunmuşdur ki, 30 (otuz) gün müddətində Şahid, X12, X13, X24na, Quliyev Sərvər Vəkil oğluna və X7 haqqhesablarının tam şəkildə ödənilməsini təmin edib nəticəsi barədə X25 Xidmətinin X5nə rəsmi məlumat versin. Lakin «Yardımlı Rayon Mərkəzi Xəstəxanasi» X39 X25 Xidmətinin X2 göstərişini yerinə yetirməmiş və bunula da hüquqi şəxsin barəsində İXM-nin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35in direktoru X23 izahatında göstərmişdir ki, Şahid, X12, X13, X24na, Quliyev Sərvər Vəkil oğluna və X7 haqq-hesablarının tam şəkildə ödənilməsi barədə əmr imzalanmış və icrası aidiyyəti şəxslərə həvalə edilmişdir, lakin «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 büdcəsindən əmək haqlarının ödənilməsi və əmrlərin icra olunması barədə vəsait ayda bir dəfə ayrıldığından hələlik əmr icra edilməmişdir. Vəsait ayrılan kimi son haqq-hesab və maaşlar tam şəkildə ödəniləcəkdir. Odur ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 nümayəndəsi X8 izahatında X10 verdiyi izahata uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: X25 Xidmətinin X2 «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35ə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-34227/2025 nömrəli göstərişindən görünür ki, X9 və başqalarının əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) daxil olmuş müraciətinə Nazirlik yanında X25 Xidmətinin X5ndə baxıldı. Araşdırma ilə bağlı «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 rəhbərliyinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli 18-1-81/2- 82/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 18-1-81/2-89/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 18-1-81/3-303/2025 nömrə məktublarına və məktublara əlavə edilmiş sənədlərə və «Əmək və Məşğulluq» altsisteminde olan məlumatlara əsasən müəyyən edildi ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə X18 arasında xx.xx.1991 -ci il tarixindn bağlanmış əmək müqaviləsinə əsasən feldşer vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Onun son haqq-hesabı əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə X20 arasında xx.xx.1993-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən feldşer vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) xx.xx.2024cü il tarixində xitam verilmişdir. N.Paşayevə son haqq-hesab ödənilməmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə X24 arasında xx.xx.1992-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən feldşer vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İ.Əliyevin son haqqhesabı əmək müqaviləsin xitam verilən xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə X29 arasında xx.xx.1992-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən feldşer vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Şahid son haqq-hesabı əmək müqaviləsini xitam verilən xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə Quliyev Sərvər Vəkil oğlu arasında xx.xx.2010-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən sürücü vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixində xitam verilmişdir. S.Quliyevin son haqq-hesabı əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» ilə X26 arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən sürü' vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 66 ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərinin birinin təşəbbüsü ilə) 01,10.2024cü tarixində xitam verilmişdir. A.Aliyevin son haqq-hesabı əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 tərəfindən təqdim edilmiş TTTY stansiyası üzrə 2023-cü və 2024-cü il üçün tərtib edilmiş iş vaxtının uçotu cədvəllərinə əsasən müəyyən edilmişdir ki, işəgötürən Ş.Cavadov və başqalarını iş vaxtından artıq iş saatlarında işə cəlb etmiş və onlara iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödəməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən “Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəz işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.» Əmək Məcəlləsinin 96-cı maddəsinə 1-ci hissəsinə əsasən «Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz». Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən «İş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır». Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, «İşçi işdə çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir». Əmək Məcəlləsinin 165-ci maddəsinə 1ci hissəsinə əsasən «İşçilərə iş vaxtından artın vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqa, məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.» İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin, 96-c maddəsinin 1-ci hissəsinin, 99-cu maddəsinin 1-ci hissəsinin, 165-ci maddəsinin 1-сi hissəsinin və 172-ci maddəsinin 4-cü tələblərinin pozulması halı Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində və 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halların «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 sabiq direktoru X14 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş MN ******* nömrəli inzibati tənbeh-vermə haqqında protokola əsasən O, xx.xx.2025-cı tarixində MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Tələb edilir ki, 30 (otuz) gün müddətində Şahid, X17, X13, X24na, sürücülər Quliyev Sərvər Vəkil oğluna və X7 haqq-hesablarının tam şəkildə ödənilməsini təmin edib nəticəsi barədə X25 Xidmətinin X5nə rəsmi məlumat verəsiniz. Əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. Poçt xəbərnaməsindən görünür ki, X25 Xidmətinin X2 «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35ə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-34227/2025 nömrəli göstəriş xx.xx.2025-ci il tarixdə «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35in əməkdaşı Rəşad Hüseynov tərəfindən qəbul edilmişdir. «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35in X25 Xidmətinin X5nə ünvanlandığı xx.xx.2025-ci il tarixli 18-1-81/2-189/2025 nömrəli məktubdan görünür ki, müəssisənin sabiq işçiləri X18, X20, X24, Şahid, x və X16 X25 Xidmətinin X5nə müraciəti araşdırılmış və nəticədə müəyyən olunmuşdur ki, sonuncuların əmək müqaviləsinə xitam verilərkən onların istifadə etmədikləri məzuniyyət illərinə görə ödənilməli olan kompensasiyalar qanunamüvafiq şəkildə hesablanıb ödənilmişdir. X3 2 gün, Quliyev Sərvər Vəkil oğluna isə 7 gün istifadə etmədikləri məzuniyyət günlərinə görə əksik əmrləşdirilmişdir. Əksik əmrləşdirilmiş günlər 3 iyun 2025-ci il tarixdə yenidən əmrləşdirilərək maliyyə şöbəsinə təqdim olunmuş və maliyyə şöbəsinə tapşırılmışdır. Maliyyələşmə İTS üzrə DA tərəfindən ayda bir dəfə olmaqla hər ayın sonunda aparıldığı üçün ödəniş 2025-ci ilin iyun ayının sonunda həyata keçiriləcəkdir. (Əmrlər əlavə olunur) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X5 tərəfindən tərtib edilmiş 11 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X25 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-34227/2025 nömrəli göstərişini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şahid izahatında bildirmişdir ki, o «Yardımlı Rayon Mərkəzi Xəstəxanası»nda TTYS-da işləmişdir. İşlədiyi 2012-ci ildən 2024-cü ilədək olan dövrdə iş vaxtıdan artıq işə cəlb olunmuş, lakin ona əlavə əmək haqqı ödənilməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 əməlində İXM-nin 539.1-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Belə ki, İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyət səbəb olur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi «əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi» – İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Yəni həmin maddədə nəzərdə tutulmuş əməlin törədilməsi üçün İXM-nin 539.1-1.-ci maddəsinin dizpozisiyasının mövcudluğu vacibdir, yəni şəxsin əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibi olmadığı halda, əməldə həmin Məcəllənin 539.1-1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Bu baxımdan məhkəmə Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibinə aid olan obyektiv cəhətinin olub-olmamasına, yəni müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilib-edilməməsinə qiymət verilməsini zəruri hesab edir. Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 əməlində o halda İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini icra etməmiş olsun. Hazırki işin hallarından isə müəyyən olunur ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35 əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilənədək, xx.xx.2025-ci il tarixdə «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 göstərişdə qeyd olunan şəxslərə dair son haqq heasbın verilməsi ilə bağlı müvafiq əmr imzalanmışdır. Belə olan halda inzibati xəta haqqında protokol tərtib ediləndək artıq «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X35in əməlində «göstərişin icra olunmaması» hərəkətsizliyi mövcud olmamışdır. Məhkəmə eyni zamanda göstərişin digər hissəsinə, yəni «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 tərəfindən şəxslərin iş saatlarından artıq işə cəlb olunması ilə bağlı hissəsinə qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, göstərişin 8-ci abzasında qeyd edilmişdir ki, TTTY stansiyası üzrə 2023-cü və 2024-cü il üçün tərtib edilmiş iş vaxtının uçotu cədvəllərinə əsasən müəyyən edilmişdir ki, işəgötürən Ş.Cavadov və başqalarını iş vaxtından artıq iş saatlarında işə cəlb etmiş və onlara iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödəməməsi göstərilsə də, iş vaxtından artıq vaxtda işə cəlb edilmiş şəxslərdən yalnız Ş.Cavadovun adı qeyd edilmiş, digərlərinin isə adı qeyd olunmamışdur. Bundan başqa göstərişdə iş vaxtından artıq vaxta işə cəlb edilən şəxslərin nə qədər artıq işə cəlb edildiyi, bunun hansı aylar üzrə müəyyən olunduğu konkret olaraq göstərişdə qeyd olunmamışdır. Bundan əlavə göstərişin sonunda göstərişdə iş vaxtından göstərilən şəxslərə yalnız son haqq hesabın 30 gün müddətində ödənilməsi ilə bağlı rəsmi məlumatın verilməsi tələb edilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, göstərişin özü artıq vaxta işə cəlb edilən şəxslərlə bağlı hissədə qeyri-müəyyən olmuşdur. Bu da göstərilən hissədə göstərişin dəqiq və tam şəkildə icrasını mümkünsüz etmişdir. Belə olan halda «iş vaxtından artıq iş saatlarında işə cəlb etmiş və onlara iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödəməməsi» ilə bağlı göstərişin icra olunmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası»nın təqsirli hərəkətsizliyi kimi müəyyən oluna bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X39 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X38

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar