Məhkəmə qərarları › İş №3(038)-275/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-275/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-275/2025 19.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəx - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Yardımlı qəsəbəsində oğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ort təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 23 radələrində X2 şikayətinin yerində araşdırması zamanı sonuncunun oğlu – Şəxs spirtli içkinin təsiri altında Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə 19 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İTB-nin sahə rəisi, polis leytenantı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yardımlı rayonu polis şöbəsinin təhqiqat şöbəsinə məlumat daxil olmuşdur ki,Yardımlı şəhər sakini X3 tərəfində oğlu Şəxs spirtli içki qəbul edərək evdə narazılıq salması ilə əlaqədar müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gedərək Şəxs intizama dəvət edilmiş, lakin Şəxs vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etdikdən sonra evə getmiş və evdə mübahisə etmişdir. Sonra polis əməkdaşları evə gələrək onu polis şöbəsinə dəvət etmişlər, içkili və əsəbi olduğundan polis əməkdaşçları ilə mübahisə etmişdir. Hərəkətlərindən peşmandır və söz verir ki, bir daha belə hərəkət etməyəcəkdir. Dediklərini həzər alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yardımlı şəhər sakini X2 102 XZM-nə mürciəti əsasında Nərgiz Həsənovanın yaşadığı evə getmişlər, Şəxs spirtli içki qəbul edərək evdə narazılıq salmasının şahidi olmuşlar, sonra Şəxs intizama dəvət etsə də Şəxs o öz hərəkətlərini davam etdirərək qəsdən onun qanuni tələbinə tabe olmamışdır. Sonra Şəxs rayon polis şöbəsinə dəvət etmişlər və rayon polis şöbəsində Şəxs barəsində protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən qəbul edilmiş 19 iyun 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və 19 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi özünün səmimi etirafı, şahid izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün səmimi etirafı, şahid izahatı, inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 iyun 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar