Məhkəmə qərarları › İş №3(038)-278/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-278/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-278/2025 15.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 aprel 2025-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi VAZ 21061 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı rayonu istiaqmətdə hərəkıtdə olan zaman Masallı-Yardımlş yonunu 28-ci kilometrliyində Zərərçəkmiş şəxs olunun idarə etdiyi «Dacia Logan minik» markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə tuqquşma nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyinə görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61-ci maddəsinə əsasən Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, 29 aprel 2025-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi «Dacia Logan minik» markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonu istiaqmətdə hərəkətdə olan zaman Masallı-Yardımlş yonunu 28-ci kilometrliyində Şəxs idarə etdiyi VAZ 21061 markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun hərəkət zolağına çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində o xəsarət almış, Veysəl Rzayev onu xəstəxanaya aparmağa kömək etmişdir. Avtomobilinə dəymiş ziyanı sığotra ödəyəcəkdir, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs cəza verilməsinin məhkəmənin mulahizəsinə buraxdığını bildirmişdir. HK-1-151 №-li material üzrə «material üzrə cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında» 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinin başlamasına xitam verilmiş, o İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyindən barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Yardımlı RPŞ-nin DYPB-nə göndərilmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə yə görə- altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar