Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-279/2025 02.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs - Yardımlı rayonu polis şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 24 radələrində KİA CERATO markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı-Yardımlı yolunun 20-ci km-də il eyni inzibati xətaya görə əvvəllər qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən bir müddət keçməmiş təkrarən narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə AP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yardımlı rayonu polis şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 24 radələrində xidmətdə olan zaman Masallı-Yardımlı yolunun 20-ci km-də KİA CERATO markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə etdiyinə görə onun tərəfindən saxlanılmış və protokol tərtib olunan zaman sürücü özünü sübhəli apardığından sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılmış, və müayinə zamanı Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən olunmuşdur. Sonra bu səbəbdən X2 barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşiman olub, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Xəstə anasını, olduğunu və ona qulluq etdiyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: xx.xx.2025-ci il tarixli 000996 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs kanabinoidlər (THC) pozitiv aşkar edilmişdir. Azərbaycan Respublikası DYP-nin Sabunçu rayon DYPŞ-nin elektron informasiya məlumat sistemi üzrə çıxarışdan görünür ki, Azərbaycan Respublikası DYP-nin Sabunçu rayon DYPŞ-nin TP ******* №-li, xx.xx.2025-ci il tarixli qərarı ilə, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 600(altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni inzibati xətaya görə əvvəllər qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən bir müddət keçməmiş xx.xx.2025-ci il tarixdə saat 24 radələrində KİA CERATO markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı-Yardımlı yolunun 20-ci km-də təkrarən narkotik sərxoşluğu vəziyyətində idarə etmişdir. İXM-nin 333-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 55.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edib peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(038)-279/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-279/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver