Məhkəmə qərarları › İş №3(038)-282/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-282/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-282/2024 03.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Asədrliyi, məhkəmə iclasının katibi k1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Yardımlı rayonu, Gavran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Gavran kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 03 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayonu Gavran kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşayır. Uşaq xəstədir və onu mütəmadi olaraq həkimə aparır. Bu səbəblərdən uşağı görüşə gətirə bilmir. Lakin hər dəfə icra məmuru ilə danışan zaman X4 uşağı görmək üçün onlara gəlməyinə razı olduğunu demişdir. İcra sənədi üzrə icra məmurunun qanuni tələblərini qəsdən deyil, bu səbəblərdən yerinə yetirə bilmir. İcra yerin dəyişdirmək mümkün olmur, çünki, Bakıda kirayədə yaşayır və kirayə müqaviləsi olmadığından bələdiyyə ona yaşayış yeri barədə arayış vermir. Uşaq sağalandan sonra görüş üçün əlindən gələni edəcəyini bildirdi. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Masiyev X1 Rayon Məhkəməsinin 2(038)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə icra sənədini icra etmir. Hər dəfə uşağın xəstə olduğunu və bu səbədən görüşə gətirə bilmədiyini, lakin tələbkar X4 görüşmək üçün onların yaşadıqları yerə gəlməsini bildirir. Tələbkar isə buna razı deyil və şikayətçidir. Şəxs icra sənədinin könüllü icra edilməməsinin nəticələri ilə bağlı xəbərdar etmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X4 Yardımlı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 noyabr 2023-cü il tarixli, 5-81/2-977/2023 saylı rəyinə əsasən cavabdeh Şəxs himayəsində yaşayan 24 avqust 2018-ci il təvəllüdlü X3 ilə ayda üç dəfədən az olmayaraq şənbə və ya qeyri-iş günlərində bir gün yanında saxlamaq şərti ilə ünsiyyət hüququ təmin edilmişdir İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını Yardımlı Rayon Məhkəməsinin 2(038)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, Şəxs üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Belə ki, həm protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, həm də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarından da müəyyən olunur ki, Şəxs icra sənədini uşaq xəstə olduğundan və Bakı əşəhərində yaşadığından icra edə bilməmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar