Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-284/2024 23.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X15 sədrliyi, məhkəmə iclasının katibi k1 katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X4 iştirakı ilə, 1 saylı RETSİ-nin rəisi X5 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Fərid Hüseynov tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin rəisi X5 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X8 şikayət verərək, 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Yardımlı rayonu Zenqaran kəndində yaşayır və həmin kənddə özünə məxsus fərdi yaşayış evi vardır. Eyni zamanda atası da həmin kənddə özünə məxsus fərdi yaşayış evində yaşayır. 28 avqust 2024-cü il tarixdə atasına məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində abadlıq işləri aparılarkən, traktor torpaq təmizləyən zaman bir neçə ağacı zədələmiş, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN1790739 nömrəli protokol əsasında 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin həyətyanı sahə ona məxsus deyil və o, orada hər-hansı qanunsuz ağac kəsməmişdir. Qanunun bu maddəsi ona şamil edilə bilməz. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Yardımlı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rauf Babaşovun «inzibati xəta haqqında işin aidiyyət üzrə göndərilməsi barədə» 28 avqust 2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X2 barəsində toplanmış material aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Meşə fondundan istifadə qaydalarını poşmuş, nəticədə İXM-nin 253.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə, X8 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yardımlı rayon İHB-nın Hamarkənd bələdiyyəsinin 03 oktyabr 2024-cü il tarixli, 15 nömrəli arayışından görünür ki, 2024-cü ilin avqust ayında Yardımlı rayonu Zenqaran kənd sakinin X6 məxsus torpaq sahəsində troktorla qazıntı işləri aparılan zaman bir-neçə palıd və nil ağacı kökündən çıxarılmışdır. Həmin ağaclar X2 şəxsi təsərüfatına aid deyil. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X2 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: İXM-nin 253.1-ci maddəsinə əsasən Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşəqırma bileti (orderi) olmadan meşə fondundan istifadə qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlarla X2 meşə fonduna məxsus ağacları məhv etməsi və ya zədələməsi halı öz təsdiqini tapmır. Belə ki, Hamarkənd Bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, 2024-cü ilin avqust ayında Yardımlı rayonu Zenqaran kənd sakinin X6 məxsus torpaq sahəsində troktorla qazıntı işləri aparılan zaman bir-neçə palıd və nil ağacının kökündən çıxarıldığı, lakin həmin ağacların X2 şəxsi təsərüfatına aid olmadığı qeyd edilmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 fondundan istifadə qaydalarını poşmuş, buna görə də onun İXMnin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlmişdir. Lakin inzibati orqan X2 barəsində protokol tərtib edərkən pozuntunun törədildiyi ərazinin sonuncunun təsərrüfatında olub-olmamasını, yəni məsul şəxs olubolmamasını kifayət qədər araşdırmamışdır. Halbuki Yardımlı rayon İHB-nın Hamarkənd bələdiyyəsinin 03 oktyabr 2024-cü il tarixli, 15 nömrəli arayışı ilə 2024-cü ilin avqust ayında Yardımlı rayonu Zenqaran kənd sakinin X6 məxsus torpaq sahəsində troktorla qazıntı işləri aparılan zaman bir-neçə palıd və nil ağacı kökündən çıxarılması və həmin ağacların X2 şəxsi təsərüfatına aid olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1 saylı RETSİ tərəfindən 27 sentyabr 2024-cü il tarixli qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayət təmin edilməli, 1 saylı ETSİ-nin rəisi Ceyhun Hüseynovun 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 27 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(038)-284/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-284/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver