Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-285/2025 10.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Yardımlı rayonu, Honuba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, əlilliyi olmayan, Yardımlı rayonu, Honuba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Yardımlı rayon polis şöbəsində onun barəsində olan materialların araşdırılması üçün polis şöbəsinə dəvət edən Şəxs şöbənin inzibat binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə 10 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İTB-nin polis sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Şəxs barəsində olan materialların araşdırılması üçün Yardımlı rayon polis şöbəsinə dəvət edilmiş sonuncu şöbənin inzibat binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və bu səbəbdən X4 barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmkəndlisi X3 şikayəti əsasında Yardımlı rayon polis şöbəsinə çağırılmış, rəis müavini onu söyüb təhqir etmiş, əllərini bağlayaraq iki nəfər polis əməkdaşı onu döymüşlər. O, heç kimi söyməmiş və polis əməkdaşları ilə mübahisə etməmişdir. Özü insulin qəbul edən ağır şəkər xəstəsidir. Bu xəstəlik onu əsəbi hala gətirir. Odur ki, qərar qəbul edilərkən dediklərinin nəzərə alınmasını və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin NH-nin məsul növbəçisi, polis leytenantı Şahid1 Kərim oğlu bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Şəxs barəsində olan materialların araşdırılması üçün Yardımlı rayon polis şöbəsinə dəvət edilmiş, şöbənin inzibati binasında ünvansız söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə barsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin FHD-nin kiçik inspektoru polis əməkdaşı X5 Şahid1 Kərim oğlunun izahatına uyğun izahat vermişdir. (Buna görə də məhkəmə həmin izahatı qərarda təkrarlamağa zərurət görmür.) İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən qəbul edilmiş 10 iyul 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və 10 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi şahid izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Yardımlı rayon polis şöbəsinin inzibati binasında ünvansız söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri şahid izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200(iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(038)-285/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-285/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver