Məhkəmə qərarları › İş №3(038)-286/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-286/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-286/2024 23.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi K1katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Yardımlı rayonu Ərus Bələdiyyəsinin sədri X5, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X2 iştirakı ilə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Azad Qarayev tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yardımlı rayonu Ərus Bələdiyyəsinin sədri X5 şikayət verərək, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən o vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Yardımlı Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən bələdiyyənin ərazisində tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Hesab edir ki, qərar əsassız olduğundan təmin edilməməlidir. Bələdiyyə ərazisində müşahidə edilmiş zibil qalağı ətraf mühitin mühafizəsi tələblərinə uyğun şəkildə daşınaraq uyğun əraziyə aparılaraq yandırılmalı olsa da müvafiq texnikanın tapılmaması səbəbindən yığılıb qalmışdır. Texnika axtarılıb tapılıb gətirilərkən artıq məlum olmuşdur ki, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən artıq inzibati protokol tərtib edilmişdir. Bələdiyyə sədri kimi o üzərinə düşən vəzifəni icra etmişdir. Zibil qalığının ərtaf mühitin mühafizə tələblərinə uyğun şəkildə daşınaraq uyğun əraziyə aparılaraq yandırılması üçün texnika axtarışı ilə məşğul olmuşdur. Tullantıların yığılıb qalması ilə onun hərəkələri arasında səbəöbli əlaqə yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edib, bildirmişdir ki, bələdiyyə ərazisində olan tullantılar görə ona polisdən zəng edilmiş və şöbəyə çağırılmışdır. Daha sonra 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə çağrılmış və 2000 manat məbləğində cərimə edildiyini öyrənmişdir. Tullantıların yığışdırılması bələdiyyənin səlahiyyətlərinə aid deyil. İdarə tərəfindən yanlış şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Yardımlı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Zülfi Ağazadə tərəfindən tərtib edilmiş 14 sentyabr 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Bələdiyyə Sədri olduğu inzibati ərazinin Tahirli və Mirimli kəndində zibil və tullantılar qalaqlanmış vəziyyətdə olması antisanitar vəziyyətin yaranması ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rauf Babaşovun “inzibati xəta haqqında işin aidiyyət üzrə göndərilməsi barədə” 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X3 barəsində toplanmış material aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. «Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublıkası Prezidentinin 02 iyul 2022-ci il tarixli, 1735 nömrəli Fərmanına əsasən inzibati ərazi vahidlərində aidiyyəti qurumlar dedikdə həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" ASC, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları tutulur. Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.1.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır; 3.9.11-ci bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 rayonu Ərus Bələdiyyəsinin sədri vəzifəsində çalışmaqla ərazinin Tahirli və Mirimli kəndində zibil və tullantıların qalaqlanmış vəziyyətdə olması və antisanitar vəziyyətin yaranması ilə əlaqədar ətraf mühitin mühafizəsi tələblərinə əməl etməmiş, buna görə də onun İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlmişdir. Lakin inzibati orqan X3 istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi ilə bağlı vəzifəsinin olubolmamasını, yəni onun belə bir səlahiyyətinin olub-olmamasını kifayət qədər araşdırmamış, Tullantıların bələdiyyə ərazisində olması və X3 bələdiyyə sədri olduğu üçün onun bu vəzifəni daşıdığı qənaətinə gəlmişdir. Lakin yuxarıda sadalanan qanunvericilik normaları ilə bu vəzifələrin yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumlarına aid olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün 1 saylı ETSİ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar