Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-286/2025 29.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «şəxsnin nümayəndələri X3, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti X1 nümayəndəsi X8 iştirakı ilə, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-55418/2025 nömrəli sorğusunda göstərilən sənədləri təqdim etmədiyinə sonuncu tərəfindən «şəxs barəsində İXM-nin 539.3-cü maddəsi ilə 11 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti X2 nümayəndəsi X12 izahatında göstərmişdir ki, vətəndaş X9 və başqalarının müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə elektron sənəd dövriyyəsi vasitəsi ilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-55418/2025 nömrəli məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X11 Xidmətinin X4nə təqdim edilməsi tələb edilmişdir. Məktubun elektron sənəd dövriyyəsi vasitəsi ilə çatdırılmasına baxmayaraq tələb edilən sənədlər (ış vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti) xx.xx.2025-ci il tarixinədək tam təqdim edilməmişdir. Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2- 55418/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «şəxsnin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17- 5/2- 55418/2025 nömrəli məktubunda nəzərdə tutulmuş sənədlər xx.xx.2025-ci il tarixdə göndərilmiş, lakin bəzi sənədlər əvvəlcədən göndərildiyindən təkrar göndərilməmişdir. Odur ki, qərar qəbul edilərkən dediklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, «şəxsn İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmiş hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: X11 Xidmətinin X2 «şəxsnə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 55418/2025 nömrəli göstərişindən görünür ki, vətəndaş X9 və başqalarının müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə elektron sənəd dövriyyəsi vasitəsi ilə məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X11 Xidmətinin X4nə təqdim edilməsi tələb edilmiş. Əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidməti X1 xx.xx.2025-ciil tarixli, 3-17-5/2-55418/2025 nömrəli göstərişini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, «şəxsn əməlində İXM-nin 539.3-cüi maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, vətəndaş X9 və başqalarının müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, ‘ Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə elektron sənəd dövriyyəsi vasitəsi ilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-55418/2025 nömrəli məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X11 Xidmətinin X4nə təqdim edilməsi tələb edilmişdir. Məktubun elektron sənəd dövriyyəsi vasitəsi ilə çatdırılmasına baxmayaraq tələb edilən sənədlər (ış vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti) xx.xx.2025-ci il tarixinədək tam təqdim edilməmişdir. İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 539.3-cü maddəsinin dispozisiyasına görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) inzibati məsuliyyət səbəb olur. Qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, X11 Xidmətinin X2 tərəfindən «şəxsnə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi ilə bağlı xx.xx.2025-ciil tarixli 3-17-5/2-55418/2025 №-li göstəriş göndərilmiş, lakin «şəxs qeyd edilən göstərişi yerinə yetirməmişdir. Bununla da Yardımlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarına qiymət verərək, hesab edir ki, «şəxsnin sənədləri 03 iyul 2025-ci il tarixdə və natamam verilməsi nəticə etibarı ilə «şəxsnə ünvanlanmış göstərişin icra edilməsi öhdəliyindən azad etmir və həmin hallar «şəxsnin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzbati icraata xitam verilməsi və sonuncunun inzibati məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul oluna bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 539.3-cü maddəsinin sanksiyasına əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «şəxsn əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, «şəxsnin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000(iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(038)-286/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-286/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver