Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-287/2025 16.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Yardımlı rayonu, Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, Yardımlı şəhərində qeydiyyatda olmaqla, Abşeron rayonu Xalac qəsəbəsində müvəqqəti yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(002)- 62/2024 saylı icra sənədini icrası ilə əlaqədar İXM-nin 528.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, həmin qərarın qanuni qüvvəyə minməsindən 1 il keçməmiş eyni icra sənədini təkrarən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 16 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya şöbəsinin icraatına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(002)-62/2024 saylı icra sənədi daxil daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmişdir. 2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 528.1-cü maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(038)-365/2024 №-li qərarı ilə Şəxs barəsində başlanmış iizibat xəta haqqənda iş üzrə icraata xitam berilmişdir. Şəxs barəsində protokol tərtib olunarkən Yardımlı Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli 3(038)-365/2024 №-li qərarı ilə Şəxs inzbati tənbeh tədbirinin tətbiq edildiyini zənn edərək səhvən 528.1-1-ci maddəsi ilə protokol tərtib etmişdir. Hazırda Şəxs aliment borcu 4750 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Alimentin miqdarı çox olduğundan tam ödəməyə gücü çatmır, imkanı çatan qədər hər ay 100-250 manat aliment ödəyir Fərdi əməklə məşğuldur və gəliri az olduğundan aliment borcunu tam ödəmək gücündə deyil, lakin imkanı çatan qədər aliment borcundan ödəyir. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 31 iyul 2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Göstərilənlərə əsasən məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxsin Şəxs barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Onun əməli İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Belə ki, 528.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyə səbəb olur. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-365/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yəni inzibati xəta törətmiş Şəxs əməlində 528.1-1-ci maddəsinin deyil, 528.1-ci maddəsinin tərkibi yaranır. Ona görə də Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:30-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(038)-287/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-287/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver