Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-288/2024 22.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X16 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonu, Dağ Üzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Dağ Üzü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində qəbul edilmiş inzibati qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini üzrsüz səbəbdən təkrarən icra etmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 22 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X5, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ondan tutularaq X9 verilməsi qət edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-148/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmi 500 manat cəriməni ödəmişdir. Hazırda tələbkar alimentdən imtina edir. Odur ki, barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixdə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X5, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X9 verilməlidir. Aliment borcunu ödəmədiyinə görə borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 2(038)-148/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu Şəxs yenə də Məhkəmənin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməmişdir. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edulmişdir. Protokol tərtib olunandan sonra tələbkar X2 Rayon İcra və Probasiya Şöbəsinə ərizə göndərərək Şəxs aliment borcunu tam ödədiyini bildirmiş və icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Eyni zamanda Şəxs ona tətbiq edilmiş edilmiş 500 manat cəriməni də ödəmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X3, xx.xx.2008-ci il tarixdə doğulmuş X5, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X9 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin 2(038)-148/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X1 Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı notariat qaydada təsdiq edilmiş 21 oktyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcunu tam ödədiyini bildirmiş və icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. 1511 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs barəsində tətbiq edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cəriməni ödəmişdir. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, artıq məcburi icrası tələb olunan icra sənədi üzrə borc tam ödənilmiş və tələbkar icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş edir. Göründüyü kimi Şəxs icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu tam şəkildə ödəmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(038)-288/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-288/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver