Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-293/2025 18.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi X1, Şəxs haqqında Yardımlı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: xx.xx.2025-cü il tarixdə “BMW 530 İ MİNİK” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1. -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün, Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsi tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 26093678 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, , Şəxs xx.xx.2025-cü il tarixdə “ BMW 530 İ MİNİK ” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 328.1. -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 manat miqdarında inzibati cərimə edilmişdir. , Şəxs həmin protokol əsasında tətbiq edilmiş 6 manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə dəbbə pulu hesablanmışdır. , Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərarı icra etmədiyinə görə barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. , Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-cü il tarixli EQ 26093678 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilən inzibati cərimə məbləğini və cərimə məbləğinə hesablanmış dəbbə pulunu işin məhkəmə baxışına hazırlanması mərhələsinədək müvafiq hesaba ödəmişdir. , Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. İXM-nin: 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin faktiki hallarından görünür ki, , Şəxs əməlində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olsa da, o, barəsində tətbiq edilən 10 manat miqdarında inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış dəbbə pulunu işin məhkəmə baxışına hazırlanması mərhələsinədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Bu səbəbdən iş üzrə məhkəmə iclasının təyin edilməsinə də lüzum qalmamışdır. Həmin əsaslara görə , Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İMX-nin 105, 109, 529-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(038)-293/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-293/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver