Məhkəmə qərarları › İş №3(038)-297/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-297/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-297/2024 30.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, məhkəmə iclasının katibi k1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonu Əsəsdabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri Binə qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 16(006)-258/2024 saylı icra sənədinin üzrsüz səbəbdən icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 16(006)-258/2024 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3155/2024 saylı mülki işə dair məhkəmə qətnaməsi çıxarılanadək 10 iyun 2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 235 manat olmaqla, ümumilkidə 705 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. Borclu Şəxs alimenti ödəmədiyindən ona dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. X1 dəflərlə rəsmi və şifahi müraciətlər edərək borcun ödənilməsini tələb edir. Qətnamə çıxarılandan sonra Şəxs cəmi 370 manat pul ödəsə də, hazırda onun aliment borcu 2450 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 16(006)- 258/2024 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3155/2024 saylı mülki işə dair məhkəmə qətnaməsi çıxarılanadək uşaqları Hüseyn, Əkbər və Məryəmin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilkidə 705 manat sabit pul məbləğində aliment ondan alınaraq X2 verilməlidir. Məhkəmə qətnaməsindən narazıdır, onun 705 manat aliment ödəməyə imkanı çatmır. Nəsimi rayon Məhkəməsində onun xahişini nəzərə almadıqlarından əvvəlcə acığından aliment borcunu ödəməmiş, daha sonra savadsızlıqdan qətnamədən şikayət etməmişdir. Qış aylarında iş olmadığından aliment borcunu ödəyə bilmir. Alimenti ödəyə bilmədiyinə görə özü də narahatdır, çünki alimenti uşaqlarına görə ödədiyini bilir. Maddi imkanı olmadığından icra sənədini icra etməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 16(006)-258/2024 saylı icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3155/2024 saylı mülki işə dair məhkəmə qətnaməsi çıxarılanadək 10 iyun 2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2012-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 235 manat olmaqla, ümumilkidə 705 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidirverilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən saat 15:32-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar