Məhkəmə qərarları › İş №3(038)-302/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-302/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-302/2024 14.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yardımlı rayonun Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Yardımlı rayon Vərgədüz Bələdiyyəsinin sədri, Yardımlı rayonun Vərgədüz kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Yardılmlı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Vərgədüz Bələdiyyəsinin 10 sentyabr 2024-cü il tarixli 5 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə Lənkəran Regional Ədliyyə İdarəsinə təqdim edilmədiyi üçün bələdiyyənin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsi ilə 16 oktyabr 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 10 ilə yaxındır ki, Yardımlı rayon Vərgədüz bələdiyyəsində sədr vəzifəsində işləyir. Ankoloği xəstədir, səhətində yaranmış problemlə əlaqədar müalicə olduğundan bələdiyyənin 10 sentyabr 2024-cü il tarixli iclas protokolunu gecikmə ilə regional ədliyyə idarəsinə göndərilmişdir. Gələcəkdə bir daha hallara yol verməyəcəkir. Bunların nəzərə alınmasını xahiş edib. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olması inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sübutlarla təsdiq olunur və buna görə də Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-140-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400(dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar