Məhkəmə qərarları › İş №3(038)-304/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-304/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-304/2025 22.07.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Yardımlı rayonu, Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olab, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində kirayədə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin 3(038)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq həmin qərarın qanuni qüvvəyə mindiyindi gündən bir il keçməmiş təkrarən eyni icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxsnın barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən İXM-nin 528.1-1-ci maddəsi ilə 22 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü qətnaməsini üzrlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(038)-249/2024 №-li qərarı ilə barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq Məmiyev X4 Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra etməkdən yayınır, müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmiş, eyni zamanda zərərçəkmiş şəxs alimentin tam ödənilməsini tələb edir. Hal hazırda Şəxsnın ümumilikdə 4610 manat aliment borcu vardır. Cavabdehə icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə gəlməsi rəsmi bilidiriş vasitəsilə deyil, telefon əlaqəsi yaratmaqla bildilmiş, lakin sonuncu gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, satıcı işləyir hər ay 400 manat maaş alır, hər ay ən azı 160 manat aliment ödəyir və qalan pulu kirayə puluna və öz xərclərinə güclə yetir. Bu səbəbdən aliment borcunu tam ödəyə bilməmişdir. Qalan aliment borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Göstərilənlərə əsasən barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edir, çünki həbs olunsa iş yerini də itirəcək. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, Şəxs hər ay 220 manat aliment alınaraq X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 11.09 2023-cü il tarixli qərardan görünür ki, Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin 3(038)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: 528.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyə səbəb olur. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yardır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi «məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» – İXM-nin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 528.1-1-ci maddəsi blanket xarakterli norma olmaqla, həmin maddədə nəzərdə tutulmuş əməlin törədilməsi üçün İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasının mövcudluğu vacibdir, yəni şəxsin əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı halda, əməldə həmin Məcəllənin 528.1-1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Bu baxımdan məhkəmə Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsinin tərkibinin olub-olmamasına, yəni icra sənədinin üzrsüz səbəbdən icra edilib-edilməməsinə qiymət verilməsini zəruri hesab edir. Şəxsin əməlin o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların qərarlarını üzrsüz səbəbdən icra etməmiş olsun, yaxud da həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş olsun. Hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxsnın əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, o məhkəmənin icra sənədi üzrə aliment borcunun hər ay qismən də (160 manat) olsa ödəmişdir, yəni onun qərəzli olaraq icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Bundan əlavə məhkəmə və digər orqanların qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Təsadüfi deyil, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri «İcra haqqında» Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. «İcra haqqında» Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. «İcra haqqında» Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunla müəyyən olunmuş icra müddətlərinin əhəmiyyəti nəzərə alınaraq İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Qeyd olunanlardan çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidirlər. Lakin hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən Yardımlı Rayon Məhməsinin 2(038)-452/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin icrası ilə bağlı bütün mümkün məcburi icra tədbirləri həyata keçirilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs müvafiq gəliri və mülkiyyətində daşınmaz əmlakının olub-olması, varsa tələbin həmin gəlir və əmlaklara yönəldilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Halbuki, «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbi baxmından bu icra məmurlarının xidməti vəzifəsindən irəli gələn məsələ idi. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar