Məhkəmə qərarları › İş №3(038)-310/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-310/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-310/2024 04.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yardımlı rayonu, Çay Üzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Dağ Üzü kəndində qeydiyyatda olan, hazırda Bakı şəhərində kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində qəbul edilmiş inzibati qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini üzrsüz səbəbdən təkrarən icra etmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 04 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməlidir. Borclu Şəxs aliment borcunu ödəmədiyindən barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Protokol tərtib olunandan sonra borclu aliment borcundan 500 manat ödəmişdir. Hazırda Şəxs aliment borcunu 1500 manat təşkil edir. Tələbkarla şifahi razılığa gəlmişlər. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment ondan tutularaq X5 verilməsi qət edilmişdir. Aliment borcundan 500 manat ödəmiş, 1500 manat borcu qalmışdır. Qalan borcun hissə-hissə ödənilməsi bardə tələbkarla razılığa gəlmişlər. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını Yardımlı Rayon Məhkəməsinin 2(038)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, artıq məcburi icrası tələb olunan icra sənədi üzrə borc qismən ödənilmiş və qalan borc barədə tələbkarla razılığa gəlinmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar