Məhkəmə qərarları › İş №3(038)-311/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-311/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-311/2025 05.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQxx saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQxx saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X3 şikayət verərək, BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ26100631 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 03.11-də EQ26100631 saylı qərar üzrə İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində tərtib edilmiş cəriməni qanunveriklə müəyyən edilmiş 3 ay müdətində ödəmədiyi təqdirdə Məcəllənin 150.11-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırlmasın dair qərar qəbul edilməsi və cərimənin ödənilməsi məqsədi ilə materialların məcburi icraya yönəldilməsi barədə onun mobil nömrəsinə sms gəlmişdir. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə 902-yə DİN qaynar xəttinə zəng vuraraq məsələni aydınlaşdırmaq istəmiş, telefonda ona anlaşılmamazlıq olduğunu, səhvən onun barəsində protokol tərtib edildiyini və bu məsələni 3 iş günü ərzində özlərinin yoluna qoyacaqlarını bildirmişlər. Yenidən məsələ ilə əlaqədar DİN qaynar xəttinə bir neçə dəfə zəng vurmuş və qərarın ləğv olunacağını bildirmişlər. Əlavə olaraq onu da bildirmişdir ki, onun barəsində tərtib edilmiş EQxx saylı qərarda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19.45-də Cəlilabad şəhəri Heydər Əliyev küçəsində yol hərəkəti qaydalarını pozmuşdur. Lakin həmin gün o məktəbdə saat 15:00-a qədər işdə olduğunu, işdən sonra da rayon ərazisindən kənara çıxmadığını bildirmişdir. Hadisənin güya saat 19:45-də baş verdiyini, yəni həmin vaxt artıq ətraf qaranlıq olduğu halda, şəkildən göründüyü kimi avtomobilin şəklinin gündüz vaxtlarında çəkildiyini, onun avtomobilinin dövlət qeydiyyat nömrəsi ** BD *** olsa da şəkildə nömrə ** BD *** qeyd edildiyini bildirmişdir. Bütün bu şübhəli məqamları və uyğunsuzluqları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş EQxx saylı, 14 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərar əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edib, şikayətdə qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası BDYPİ-nin 14 fevral 2025-ci il tarixli, EQxx saylı qərarından görünür ki, X3 İXM-nin 327.1-ci maddəsi üzrə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işdə olan sənədləri və X1 ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası BDYPİ tərəfindən 14 fevral 2025-ci il tarixli, EQxx saylı qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən sonuncunun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair mötəbər sübutların təqdim edilməməsinə diqqət etməmişdir. Belə ki, qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol hərəkəti qaydalarını ** BD *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü deyil, ** BD *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü törətmiş, lakin inzibati tənbeh ** BD *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsünə tətbiq edilmişdir. Qərarın qəbul edilməsinə hər hansı digər sübut olduğu halda bu sübut və ya sübutların məhkəməyə təqdim edilməsi barədə müvafiq olaraq qərar qəbul etmiş inzibati orqana sorğu göndərilsə də, məhkəməyə hər hansı digər sübut təqdim olunmamışdır. İXM-nin: 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası BDYPİ tərəfindən 14 fevral 2025-ci il tarixli, EQxx saylı qərarı ləğv edilməli və X2 barəsində İMX-nin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Baş X9 İdarəsinin 14 fevral 2025-ci il tarixli, EQxx saylı qərarı ləğv edilsin və X2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar