Məhkəmə qərarları › İş №3(038)-321/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-321/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-321/2025 06.08.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X4 iştirakı ilə, xx.xx.1964-cü ildə Yardımlı rayonu Honuba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Honuba Kən tam orta məktəbində gözətçi işləyən, Yardımlı rayonu Honuba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Yardımlı rayonu, Honuba kəndində qonşusu Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyinə görə Şəxs barəsində Yardımlı rayon polis şöbəsinin sahə rəisi X7 tərəfindən İXM-nin 157-ci maddəsi ilə 05 avqust 2025ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X7 bildirmişdir ki, Ağayev X2 rayonu Honuba kəndində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Honuba kəndində yerləşən bulaqdan evinə su gətirmişdir. xx.xx.2025-ci il tarixdə bulağa getmiş və su şlanqının bulaqdan çıxarılaraq başqa şlanqın taxıldığın görmüşdür. Yenidən öz su şlanqını bulağa keçirdərək çıxıb getmişdir. Bir müddətdən sonra yenidən bulağa qayıdanda yenə su şlanqının çıxarılıdığını və orada qonşunun uşaqlarının olduğunu görmüşdür. Uşaqlardan slanqı niyə çıxartdığını soruşanda, uşaq anasının dediyinə görə etdiyini bildirmişdir. Su şlanqını yenidən bərpa edib çıxıb getmişdir. Bir müddətdən sonra gəlib bulağa çatanda su şlanqının yenidən çıxarıldığını və qonşusu Zərərçəkmiş şəxs onun arvadı ilə mübahisə etdiyini görmüşdür. X3 su şlanqını bulaqdan çıxarıb atmışdir. Gültəkin Aslanovanı döyməmiş ona hər hansı xəsarət yetirməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Honuba kəndində yaşayır və Şəxs onun qonşusu, həm də qohumudur. xx.xx.2025-ci il tarixdə bulaqdan su şlanqi ilə evə su başladığına görə aralarında mübahisə yaranmış, Ağalı Ağayev onun su şlanqını çıxardıb conra çəpərdən keçərək onu sillə ilə vuraraq uşaqlarının yanında döyüb xəsarət yeritmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş şahidlər Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatına uyğun izahat vermişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Yardımlı Rayon Polis X5 baş təhqiqatçısı, polis polkovnik-leytenatı X6 tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxsnın əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxsnın barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün İTB-nə göndərilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin rəsis vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenatı Vüqar Bəhmənov tərəfindən tərtib edilmiş 05 avqust 2025-ci il tarixli inzibatı xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərarından görünür ki, Şəxsnın barəsində toplanmış material Yardımlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X8 Şəxsin verdiyi xx.xx.2025-ci il tarixli 41 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın ənsə nahiyyəsinin sol yarısının və sol bazunun bayır hissəsinin qançırları bərk küt əşyanın/əşyaların təsirindən törənmişdir, törəmə müddəti tibbi sənəddə qeyd olunan vaxta, yəni, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın qeyd olunan inzibati xətaları törətməsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin, habelə şahidlər Şahid1 və Şahid2 izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə şahidlər Şahid3 və Şahid4 izahatlarını işin faktiki halları ilə uyğunlaşmayan izahatlar olduğundan həmin izahatları Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas kimi qəbul etmir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar