Məhkəmə qərarları › İş №3(038)-322/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-322/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-322/2025 02.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 Saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, Yardımlı Rayon Mərkəzi X4 Şəxsin barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 5 Saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 22 iyul.2025-ci il tarixdə Yardımlı şəhəri Heydər Əliyev prospekti 224 ünvanada yerləşən Yardımlı Rayon Mərkəzi X4 Şəxsi suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmadan çirkab suları bir başa Viləş çayına axıtdığına görə Yardımlı Rayon Mərkəzi X4 Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 5 saylı Lənkəran-Astara Regional bölməsi tərəfindən İXM-nin 264.0.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati iş üzrə icraat aparılan iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Yardımlı Rayon Mərkəzi X4 Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61-ci maddəsinə əsasən Yardımlı Rayon Mərkəzi X4 Şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 5 Saylı Lənkəran-Astara Regional bölməsinin nümayəndəsi X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edib, protokolda və tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001013 №-li Aktda qeyd olunalara uyğun izahat vermiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 5 Saylı Lənkəran-Astara Regional bölməsinin baş məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001013 №-li Aktdan və fotoşəkillərdən görünür ki, Yardımlı Rayon Mərkəzi X4 Şəxsin zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan çirkab suları bir başa Viləş çayına axıtdığı aşkar edilmişdir. Bunula da Yardımlı Rayon Mərkəzi X4 Şəxsin əməlində İXM-nin 264.0.1-ci maddəsinin tərkibi yaranmışdır. İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi şəxsin əməlində İXM-nin 264.0.1-ci maddəsinin tərkibi o halda yaranır ki, şəxs su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar etmiş olsun. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Yardımlı Rayon Mərkəzi X4 şəxsnin əməlində İXM-nin 264.0.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibat xəta haqqında protokol, tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt və işdə olan fotoşəkillərlə tam sübuta yetirilir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Yardımlı Rayon Mərkəzi X4 Şəxs tərəfindən zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan çirkab suları bir başa Viləş çayına axıtdığı aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Yardımlı Rayon Mərkəzi X4 Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan ResPublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş hüquqi şəxs Yardımlı Rayon Mərkəzi X1rşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Yardımlı Rayon Mərkəzi X4 Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Yardımlı Rayon Mərkəzi X4 Şəxs Azərbaycan ResPublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar