Məhkəmə qərarları › İş №3(038)-330/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-330/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-330/2024 18.11.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx xxx 1970-ci ildə Yardımlı rayonu Cerinbel kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonu Cerinbel kəndində qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etdiyinə görə Şəxs barəsində Yardımlı RPŞ-nin İTB-nin polis mayoru X2 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 18 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 bildirmişdir ki, bir qrup Yardımlı rayonu Cerimbel və Gilar kənd sakinlərinin müraciəti əsasında araşdırılma zamanı kəndə məxsus ümumi istifadə üçün nəzərdə tutulmuş 12 hektar torpaq sahəsini bir neçə nəfər tərəfindən çəpərə salındığını müəyyən olunmuş və həmin çəpərlər sökülən zaman Yardımlı rayonu Cerimbel kənd sakini Şəxs 16 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etdiyinə və ictimai qaydanın pozulmasına görə Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayonu Cerimbel kədində yaşayış. Həmin kənddə olan torpaq sahəsini çəpərə salmıdır. Bələdiyyənin sədri Zərərçəkmiş şəxs ona çəpəri sökməsini demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Əvvəlcə Zərərçəkmiş şəxs onu söymüş, o da əsəbləşərək Əlini söymüşdür. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bir qrup Yardımlı rayonu Cerimbel və Gilar kənd sakinləri Yardımlı rayonu prokurorluğuna müracət edərək kəndə məxsus ümumi istifadə üçün nəzərdə tutulmuş 12 hektar torpaq sahəsinin bir neçə nəfər tərəfindən çəpə salındığını bildirmişlər və həmin sahəyə baxış keçirilmiş, torpaq sahəsinin sənədləri araşdırılmışdış. Sonra həmin sahələrin çəpərləri sökülmüş, lakin Şəxs çəpəri çökməmiş və bu səbəbdən aralarında mübahisə yaranmış, Şəxs onu polis əməkdaşlarının və camaatın yanında söymüşdür. Sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid bildirmişdir ki, bir qrup Yardımlı rayonu Cerimbel və Gilar kənd sakinlərinin müraciəti əsasında araşdırılma aparılmış və həmin sahəyə baxış keçirilmişdir, Baxış zamanı kəndə məxsus ümumi istifadə üçün nəzərdə tutulmuş 12 hektar torpaq sahəsini bir neçə nəfər tərəfindən çəpərə salındığını müəyyən olunmuş və həmin çəpərlərin sökülməsi qərar alınmışdır. Hamı çəpərləri söksə də Şəxs çəpəri sökməmiş və bələdiyyə sədri Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 16 noyabr 2024cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 5(beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən saat 15:44-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar