Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-354/2024 02.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi, məhkəmə iclasının katibi kk katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 və protokol tərtib etmiş səlahiyyətli orqan - X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X2 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi xx 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərardan X6 məhkəməyə şikayət verərək, barəsində olan 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iz üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yazılı şikayətində və məhkəmə iclasında verdiyi izahatında X6 şikayətini onunla əsaslandırmışdır ki, 1997-ci ildən 2020-ci ilin yanvar ayınadək Yardımlı şəhərində çap edilən «Zirvə» qəzetinin baş redaktoru vəzifəsində işləmiş, 2020-ci ildən maliyyə problemləri üzündən qəzet fəaliyyətini dayandırmış və xx.xx.2020-ci il tarixli əmrlə işçilər işdən azad edilmiş, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Sonra əmrin surətini 6 saylı ərazi vergilər xidmətinə təqdim etmişdir. 2024-cü ili oktyabr ayında X8 xidmətinin Lənkəran-Astara Regional şöbəsindən onun ünvanına məktub daxil olmuş və həmin məktubda onun işçilərə minimum əmək haqıından aşağı məbləğdə əmək haqqı yazıldıği bildirilmiş və o dərhal DƏMX-nin Lənkəran-Astara Regional şöbəsinə məktubla cavab yazmışdır. Daha sonra 15 noyabr 2024-cü il tarixdə axşam vaxtı yenidən ona məktub gəlmiş və məktubu oxuyan zaman onu həmi gün saat 15:00-a X8 xidmətinin Lənkəran-Astara Regional şöbəsinə çağırıldığını bilmiş, dərhal şöbənin rəsi ilə telefon əlaqəsi saxlayıb vəziyyəti izah etsə də, şöbənin rəisi xx artıq işə baxıldığını və onun barəsində qərar qəbul eildiyini və 1000 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Bir daha 2020-ci ildən həmin müəssisənin fəlayyət göstərmədiyini və işçilərin işdən azad olunduğunu bidrərək, barəsində tərtib edilmiş protokolun və qərarın qanunsuz olduğunu, bu səbəbdən X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi xx tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli,MN ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara şöbəsi tərəfindən aparılan müvafiq təhlillər zamanı «Zirvə» qəzeti redaksiyasının işəgötürəni tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Bununla da Azərbaycan Repsublikası İXM-nin 192.3-cü maddəsinin tələbləri pozulmuşdur. Vəzifəli şəxs kimi X5 xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, 15 noyabr 2024-cü il tarixə saat 15:00-a X8 Xidmətinin Lənkəran-Astara şöbəsinə dəvət edilmiş, lakin X6 iclasın vaxtı və yeri barədə məlumatladırılmasına baxmayaraq iclasda iştirak etməmiş və onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2024-cü il tarixində tərtib olunmuş MN ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlənləri nəzərə alaraq verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin X5 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, şöbə tərəfindən aparılan müvafiq təhlillər zamanı X6 tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirildiyi, həmin hala süzəliş edilməsi tələb olumuşdur. X3 X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, «Zirvə» qəzeti 2024-cü ilin yanvar ayından fəaliyyətini dayandırmış, işçilərin əmək müqavilələrinə xitam verilmiş və bu barədə vergilər xidmətinə məlumat göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, işəgötürəni X1 Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1 və 3-cü hissələrinin tələblərini pozmaqla işçilərə minimum əmək haqqında da aşağı məbləğdə əmək haqqı müəyyən etdiyinə görə İMX-nin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan, habelə məktuba əlavə edilmiş xəbərnamədən görünür ki, sonuncunun barəsində tərkib edilmiş inzibati xəta haqqında protokol sonuncuta göndərilmiş və ona xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə araşdırmada iştirak etmək hüquq izah edilmiş və məktub xx.xx.2024-cü il tarixdə rəsmi qaydada Ələskər Cəfərova təqdim olunmuşdur. İnzibati tənbeh vermə haqqında 15 noyabr 2024-cü il tarixli,MN ******* nömrəli qərarından görünür ki, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tələblərini pozaraq işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı verilməsi müəyyən edilmiş və bu səbəbdən də X6 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 manat məbləğində cərimə növündə inzibti tənbeh tədbiri tətbiq edilmişdir. «Zirvə» qəzeti redaksiyası üzrə xx.xx.2020-ci il tarixli 1 №-li Əmrdən və X5 məxsus əmək kitabçasının surətindən görünür ki, redaksiyanın əməkdaşları – X6 və baş mühasib X7 tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Pensiya haqqında elektron Arayışdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası alır. Yardımlı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, «Zirvə» qəzeti 2020-ci ilin yanvar ayından fəaliyyətini dayandırmış, hazırda fəaliyyət göstərmir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X3 təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 155-ci maddəsinə görə;
1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
2. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
4. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.
5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncanıma əsasən 2023-cü ilin yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. İXM-nin 192.3-ci maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, işçiyə Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş aylıq minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının verilməsi qadağandır və bu halın baş verməsi İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi üçün onun əməlində inzibati xətanın bütün tərkib əlamətləri, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin mövcudluğu inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən müəyyən edilməlidir. Həmin tərkib əlamətlərindən birinin mövcud olmaması şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. X5 istinad edilən İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti yalnız vəzifəli şəxslər ola bilər. Şəxs vəzifəli şəxs olmadığı halda onun əməlində İXM-nin 192.3-cü maddəsinin subyekti olması istisna olunur və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata mütləq şəkildə xitam verilməlidir. Hazırki işin hallarından da müəyyən olunur ki, X6 ona görə İXM-nin 192.3-cü maddəsiylə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o vəzifəli şəxs kimi Yardımlı şəhərində fəaliyyət göstərən «Zirvə» qəzetinin baş redaktoru – işəgötürəni olmaqla Azərbayan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1 və 3-cü hissələrinin tələblərini pozmaqla işçilərə minimum əmək haqqından da aşağı məbləğdə əmək haqqı müəyyən etmişdir. İnzibati araşdırma aparılankən Ələskər Cəfərov tərəfindən X8 xidmətinin Lənkəran-Astara Regional şöbəsinə ünvanladığı məktubda qəzetin 2024-cü ilin yanvar ayından fəaliyyətini dayandırıldığı və işçilərin əmək müqavilələrinə xitam verildiyi bildirilmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma aparan orqan isə həmin hala diqqət yetirməmiş və Ələskər Cəfərovun əməlində qeyd olunan inzibati xətanın tərkibinin mövcudluğu qənaətinə gəlinərək, inzbati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş əmrdən, əmək kitabçasından, eyni zamanda Yardımlı rayon İcra Hakimiyyətinin məktubundan da müəyyən olunur ki, Ələskər Cəfərov hələ xx.xx.2020-ci ildən «Zirvə» qəzetinin baş redaktoru vəzifəsindən azad olunmuş, bağlanmış əmək müqaviləsinə xitam verilmiş və qəzet öz fəaliyyətini dayandırmışdır. Belə olan halda isə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə «Zirvə» qəzetində işəgötürən kimi, yəni vəzifəli şəxs kimi fəaliyyət göstərməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, inzibati xətaya baxılma vaxtı xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə X8 xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən Ələskər Cəfərova xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir ki, sonuncu həmin bildirişi işə baxıldıqdan 3 gün sonra, xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Göründüyü kimi Ələskər Cəfərov inzibati xəta haqqında işə baxılması ilə bağlı vaxtında məlumatlandırılmamış, İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından, xüsusən də izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum olmuşdur. Halbuki, İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan «Zirvə» Qəzeti Redaksiyasının fəaliyyət göstərib-göstərmədiyini, X3 və digər işçilərin həmin müəssisədə işləyib-işləməmələrini, onlara əmək haqqının verilib-verilməməsini kifayət qədər araşdırmamış, sadəcə olaraq müəssisənin işəgötürəni olduğu üçün onun bu vəzifəni daşıdığı qənaətinə gəlmişdir. Halbuki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi xx tərəfindən 15 noyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X6 vəzifəli şəxs, yəni inzibati xətanın subyekti olmadığından inzibati başlanılmış inzibati xəta haqqında iş üzrə icraata verilməli idi. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərkən İXM-nin 127-4.1-ci maddəsinin tələbləri də pozulmuş, protokol müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron sənəd şəklində elektron qaydada tərtib edilməmişdir. İXM-in Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməli, X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi xx tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X3 barəsində İXM-nin 192.3-cü maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi xx tərəfindən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
X13