Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-357/2025 08.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3(üç) ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1. -ci maddəsi ilə EQ 27328765 saylı inzibati xəta haqqında qərara əsasən 40 manat miqdarında cərimə edilmiş, eyni zamanda qeyd olunan cərimənin ödənilməsinin müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti Şəxs bildirilmişdir. Məhkəmə işə əlavə olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati qaydada 40 manat məbləğində cərimə və 24 manat dəbbə pulunu 3(üç) ay müddətində ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs əməli işdə toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə inzibati qaydada tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 152.5-ci maddəsinin tələbi izah edilməlidir. Belə ki, qeyd olunan normada göstərilir ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128, 129 və 127-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (EQ ********) saylı inzibati xəta haqqında protokol üzrə) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6(altı) ay müddətə məhdudlaşdırılsın. Şəxs izah edilsin ki, Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinin tələbi qaydasında (EQ ********) nömrəli protokol üzrə hesablanmış 40 manat cəriməni və 24 manat dəbbə pulunu ödəməklə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərarına xitam verilməsinə dair vəsatətlə həmin məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(038)-357/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-357/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver