Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-364/2024 11.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi KK katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs2, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Yardımlı rayonu Anzov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonu Anzov kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binyətov X1 rayonu Anzov kəndində 24 noyabr 2024-cü il tarixdə saaat 16:30-da qardaşı Zərərçəkmiş şəxs1, 29 noyabr 2024-cü il tarixdə saat 13:10-da isə digər qardaşı Zərərçəkmiş şəxs2 söyməklə ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X5 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 11 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X5 bildirmişdir ki, Binyətov X1 rayonu Anzov kəndində yerləşən ata mülkünə görə ailə münasibətləri zəminində qardaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, mübahisə ictimai yerdə olmuş, məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs ictimai qaydanın pozmasına görə barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Anzov kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. 13 ildir ki, Vilayətl ata evinə bacı və qardaşlarının gəlməsinə mane olur və bu səbədən onların arasında mübahisə vardır. Qardaşı Zərərçəkmiş şəxs1 ata evindəki həyət qapısı köhnə və taxtadan olduğundan, onu çıxardaraq yeni dəmir qapı qoymudur. 24 noyabr 2024-cü il tarixdə Vilayət gəlib Ədalətin qoyduğu qapını çıxarıb başqa qapı qoyan zaman aralarında mübahisə yaranmışdır. 29 noyabr 2024-cü il tarixdə saat 13 radələrində qardaşı Şəxs onun yaşadığı evin həyətinə gələrək əlində ağacla evin qapısına və pəncərəsinə vuraraq, onun ailəsini, anasını təhqir etmiş, həmin vaxt evdə olsa da ailəsi onu bayıra çıxmağa qoymamış, sonra o, 102 zəng xidmətinə müraciət etmişdir. Vilayətlə barışmamışdır. Hadisə baş verən zaman Vilayət onu uca səslə söymüş, barəsində nalayiq ifadələr işlətmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cəlilabad rayonunda özünə məxsus fərdi yaşayış evində yaşayır və onun ata mülkünə ehtiyacı yoxdur. Atası vəfat edəndən sonra Vilayət anasını evdə çıxarmış və anası Aydının evində yaşayır. Vilayətl ata evinə bacı və qardaşlarının gəlməsinə mane olur və bu səbədən onların arasında mübahisə vardır. Son vaxtlar atasının evinin bərbad vəziyyətdə olduğundu eşitmiş, kəndə gəlmiş və həyət qapısını taxtadan və köhnə olduğunda görə yenisi ilə əvəz etmişdir. Evə daxil olan zaman, evdə spirtli içki şüşələrini görüb, çox pis olmuşdur, çünki atası ibadət əhli oluş və həmin evdə quran oxumuşdur. 24 noyabr 2024-cü il tarixdə qardaşı Aydın ona zəng vuraraq Vilayətin onun quyduğu qapısı sökdüyünü demiş və o da Yardımlı rayonuna gələrək polisə müraciət etmiş və pols əməkdaşları ilə birlikdə Anzov kəndinə ata evinə getmişlər. Həyətə çatan zaman qardaşı ona hücum etmiş, onu uca səslə söymüş, hədələmişdir, həmin vaxt Vilayətin əlində bel olmuş və beli onun boğazına söykəmişdir. Polis əməkdaşları onları ayırmışlar. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin TQ-nin baş təhqiqatçısı polis polkovnik leytenantı X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Yardımlı rayon polis şöbəsinə etdiyi müraciət əsasında 24 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Yardımlı rayonu Anzov kəndinə getmişlər, Zərərçəkmiş şəxs1la Valeh Binyətov arasında mübahisə yaranmış və Valeh Zərərçəkmiş şəxs1 Binyatovu uca səslə söyüb təhqir etmişdir. Səsin tonu ətrafdakıların eşidə biləcəyi həddə olmuşdur. Sonra 29 noyabr 2024-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs2n 102 xidmətinə zəng vuraraq Valeh Binyətov tərəfindən söyülüb təhqir edildiyini bildirmişdir. Muraciət əsasnda hadisə yerinə gedib izahatlar alımış və X7 RPŞ-yə dəvət olunaraq barəsində təhqiqat aparılmış, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin sahə rəisi X6 bildirmişdir ki, şahid X2 ifadəsinə uyğun izahat verərək onun göstərdikləri təsdiq etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirsiz hesab edərək bildirmişdir ki, Yadımlı rayonu Anzov kəndində qeydiyyatda olsa da işlə əlaqədar Bakı şəhərinə gəlib-gedir və Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. 24 noyabr 2024-cü il tarixdə Anzov kəndində yerləşən atasına məxsus həyətinə qardaşının quraşdırdığı darvazanı söküb özü aldığı darvazanı quraşdırmaq istəmiş, bu vaxt qaraşı Zərərçəkmiş şəxs1 şəxsi maşını ilə gəlib darvazanı aşırtmış və aralarında mübahisə yaranmışdır. Ədalət onun üzərinə yürümüş və o əlindəki beli Ədalətə tərəf uzadaraq ona yaxın gəlməməsini demişdir. 24 noyabr 2024-cü il tarixdə isə Aydının həyətinə getməkdə məqsədi Aydınla söhbət etmək olmuşdur. Lakin Aydının evdə olmadığını demişlər və o da həyətdən çıxıb sahəyə getmişdir. O, Ədaləti vurmamış ona xəsarət yetirməmiş, Ədalətə və Aydına qarşı hər hansı nalayiq ifadə işlətməmiş və onları təhqir etməmişdir. Buna görə də məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin TQ-nin baş təhqiqatçısı polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti İTB-yə göndərilmişdir. 10 dekabr 2024-cü il tarixli, AZA 007606 nömrəli «inzibati qaydad tutma haqına» protokoldan görünür ki, Şəxs 10 dekabr 2024-cü il tarixdən saat 21:17-dən inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 24 noyabr 2024cü il tarixdə saaat 16:30-da qardaşları Zərərçəkmiş şəxs1, 29 noyabr 2024-cü il tarixdə saat 13:10-da Zərərçəkmiş şəxs2 söyməklə ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, inzibati cərimənin məbləğ müəyyən edilərkən Şəxs 10 dekabr 2024-cü il tarixdə inzibati qaydada tutulmada olması nəzərə alınmalıdır. Belə ki, İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 dekabr 2024-cü il tarixdən saat 21:17-dən inzibati qaydada tutulmasi nəzərə alınmaqla barəsində 75(yetmiş beş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(038)-364/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-364/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver