Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-365/2024 12.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yardımlı rayonu Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardımlı şəhərində qeydiyyatda olan, hazırda Sumaqyıt Şəhər Saray qəsəbəsində kirayədə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli və Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-519/2024 №-li icra sənədlərini üzrsüz səbəbdən icra etmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 12 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 31 iyul 2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. Borclu Şəxs aliment borcunu tam ödəmədiyindən barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Borclu aliment məbləğini hər ay ödəsə də, lakin tam şəkildə ödəniş etmiş, buna görə də Şəxs 3500 manat məblğəində aliment borcunu təşkil edir. Şəxs çağırışlara mütəmadi olaraq gəlir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Alimentin miqdarı çox olduğundan tam ödəməyə gücü çatmır, imkanı çatan qədər hər ay 200-250 manat aliment ödəyir. Eyni zamanda onu da bildirir ki, uşaqlardan biri 1 il 6 ay onunla yaşamış, lakin həmin vaxtın alimenti də onunçun borc kimi hesablanmışdır. Fərdi əməklə məşğuldur və gəliri az olduğundan aliment borcunu tam ödəmək gücündə deyil, lakin imkanı çatan qədər aliment borcundan ödəyir. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 31 iyul 2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, Şəxs üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Eyni zamanda Şəxs aliment borcunu tam icra edə bilməsə də, hər ay uşaqların saxlanılması üçün ödənişlər etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi təqdim edilmiş sübutlara öz təsdiqini tapmır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(038)-365/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-365/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver