Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-37/2023 02.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, İnzibatı xəta törətmiş şəxs Şəxs Əlgüşat oğlunun iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Əlgüşat oğlunun barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə üzrə borclu Şəxs Əlgüşat oğlu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs Əlgüşat oğlunun aliment borcu 4607 manat təşkil edir. Bununla da Şəxs Əlgüşat oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əlgüşat oğlu göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə əsasən ondan 01 yanvar 2011-ci il tarixdə doğlumuş X1 və 13 fevral 2013cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. 2022-ci ilin noyabr ayında 1486 manat, dekabr ayında 707 manat aliment borcundan ödəmişdir. Daimi iş yeri və maddi imkanı olmadığından aliment borcunu tam ödəyə bilməmişdir. Ustalıqla məşgul olur, qış aylarında qazancı az olur. Səhvini başa düşmüşdür, hərəkətindən peşimandır. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs Əlgüşat oğlunun inzibati xəta törətməsi özünün etirafedici izahatı ilə yanaşı tələbkar Zərərçəkmiş şəxsnin və Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatlarla və iş materialları ilə də təsdiq olunur. Belə ki, Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə əsasən ondan 01 yanvar 2011-ci il tarixdə doğulmuş X1 və 13 fevral 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment borclu aparılan Şəxs Əlgüşat oğlundan tutularaq ona verilməlidir. Lakin borclu daimi iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək aliment borcunu ödəməkdən yayınır. Odur ki, Şəxs Əlgüşat oğlunun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə əsasən Şəxs Əlgüşat oğlundan 01 yanvar 2011-ci il tarixdə doğulmuş X1 və 13 fevral 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə şöbənin icraatına icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Borclu Şəxs Əlgüşat oğlu 2022-ci ilin noyabr ayında 1486 manat, dekabr ayında 707 manat aliment borcundan ödəsə də, daimi iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını bu günədək tam təmin etməmiş və aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs Əlgüşat oğlunun barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda Şəxs Əlgüşat oğlunun aliment borcu 4607 manat təşkil edir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli,2(038)-333/2018 nömrəli icra sənədinə əsasən Şəxs Əlgüşat oğlundan 01 yanvar 2011-ci il tarixdə doğulmuş X1 və 13 fevral 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Lakin borclu Şəxs Əlgüşat oğlu icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs Əlgüşat oğlunun aliment borcu 4607 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Əlgüşat oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs Əlgüşat oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs Əlgüşat oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Belə ki, borclunun maddi imkanı olmaması barədə izahatı özünü müdafiə xarakteri dağıyır və icra sənədindəki tələbin üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Əlgüşat oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8(səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 mart 2023-cü il tarixdən saat 15:30-dan hesab edilsin. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-37/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-37/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver