Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-371/2024 23.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X13 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Samux rayonu, Qarayeri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, əlilliyi olmayan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30-da istifadəsində olan Niva markalı, **-CY- *** dövlət eydiyyat nişanlı avtomobilin maqnitafonundan yüksək səslə istifadə etməsinin dayandırılmasını tələb edən, həmin ərzidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə 23 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs İTB-nin sahə rəisi, polis leytenantı X8 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30-da Şəxs istifadəsində olan Niva markalı, **-CY-*** dövlət eydiyyat nişanlı avtomobilin maqnitafonundan yüksək səslə istifadə etdiyinə görə, həmin sahədə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağa görə polis əməkdaşları ilə aralarında mübahisə yaranmış və bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01:30-da istifadəsində olan Niva markalı, **-CY-*** dövlət eydiyyat nişanlı avtomobilin maqnitafonunda musiqiyə qulaq asan zaman polis əməkdaşları ona maqnitofonun səsinin azaltmasını dediyinə görə, polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşlarını söyməmiş, onlara qarşı hər hansı hərəkət etməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qrafıkə əsasən PPXB-ııün polis nəfəri, polis serjantı X6 ilə birlikdə 5 nömrəli postda xidmətdə olarkən təxminən saat 01:30 radələrində Niva markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maqnitafonundan yüksək səslə istifadə etdiyinə sürücü ilə aralarında mübahisə yaranmış, avtomobildə olan 2 nəfər səxsə ictimai qaydanı pozduqlarını onlara izah etdikdə sürücü avtomobildən yerə düşərək, onlarla mübahisə etməyə başlamışdrı. Həmin şəxsi intizama dəvət etsələr də o öz hərəkətlərini davam etdirərək qəsdən onların qanuni tələbinə məhəh qoymayaraq onun sinəmdən əli ilə itələyərək, nəlayiq ifadələrlə təhqir etmişdsir. Həmin vaxt avtomobildə sərnişin qismində əyləşən vətəndaş isə mübahisəyə qarışmayaraq sakit oturmuşdur. Daha sonra həmin vətəndaşları rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində həmin şəxslərin Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan Şəxs və Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şahid olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri X6 şahid X3 izahatına uyğun izahat vermişdir. (Buna görə də məhkəmə həmin izahatı qərarda təkrarlamağa zərurət görmür.) Məhkəmə iclasında Şahid bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30-da Şəxs istifadəsində olan Niva markalı, **-CY-*** dövlət eydiyyat nişanlı avtomobilin maqnitafonunda musiqiyə qulaq asan zaman polis əməkdaşları onlara maqnitofonun səsinin azaltmasını dediyinə görə, polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Bu zaman polis əməkdaşları Şəxs sakit danışmağını tələb etmiş və Şəxs əsəbi halda olduğu üçün polislərə aqressiv cavab vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Hidayət Fikrət oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərtkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından və izahatlardan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdən saat 01:30-dan Yardımlı rayon polis şöbəsində fakti olaraq saxlanılmışdır. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30-da idarə etdiyi Niva markalı, **-CY-*** dövlət eydiyyat nişanlı avtomobilin maqnitafonundan yüksək səslə istifadə etməsinin dayandırılmasını tələb edən polis əməkdaşlarının ilə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olub-olmaması və onun təqsirliliyi məsləsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin 23 dekabr 2024-cü il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(038)-371/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-371/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver