Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-38/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatalı oğlunun katibliyi, xx xxxxxx 1955-ci ildə Yardımlı rayonu Keçələkaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Keçələkaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan babasından qalma 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngini Yardımlı rayonu Keçələkaran kəndi yaxınlığında üzərində gəzdirməklə mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozmuşdur. Bununla da, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayonun Keçələkaran kəndində yaşayır. 27 fevral 2023-cü il tarixdə şəxsi təsərrufatında olan heyvanlarını otararkən, heyvanları vəhşi heyvanlardan qorumaq məqsədi ilə babasından qalan 1964-cü il istehsallı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngini üstündə gəzdirərkən Yardımlı rayonu polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və ondan ov tüfənginin sənədlərinin olubolmamasını soruşmuşlar. O, ov tüfənginin heç-bir sənədin olmadığını bildirmişdir. Ov tüfəngini babasından yadigar kimi saxlamışdır. Qanunsuz silah saxladığına görə öz səhvini başa düşmüşdür, törətdiyi əməldən səmimi peşmandır. Şəxs inzibati xəta törətmələri özlərinin etirafedici izahatları ilə yanaşı, iş materialında olan sənədlərlə də təsdiq olunur. İş materiallarında olan Yardımlı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 tərtib etdiyi 07 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Keşələkaran kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan silah və sursatın qəbulu barədə 20 nömrəli qəbzin surətindən görünür ki, 1964-cü il istehsallı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli silahı Yardımlı rayon Polis şöbəsində saxlanılır. Beləliklə bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs silah saxlamaq və daşımaq üçün müvafiq dövlət orqanı tərəfindən verilmiş xüsusi icazəsi yoxdur və onun üzərindən götürülmüş 1964-cü il istehsallı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngi qeydiyyatda deyildir. Ona görə də məhkəmə hesab edir ki, həmin silah müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat anbarına təhvil verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirlilik dərəcəsini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasına uyğun olaraq 1964-cü il istehsallı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngi müsadirə olunmaqla cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, 1964-cü il istehsalı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Yardımlı rayon Polis Şöbəsində saxlanılan bir ədəd 1964-cü il istehsalı, 16 kalibrli, ИЖ 17 markalı, B13578 nömrəli təklülə ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat anbarına təhvil verilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə və Yardımlı rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-38/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-38/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver