Məhkəmə qərarları › İş №3(038)-400/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-400/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-400/2025 15.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X1 iştirakı ilə, xx.xx.1968-ci ildə Yardımlı rayonu Zevin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayonu Zevin kəndi ərazisində 08 sentyabr 2025-ci il tarixdə saaat 16 radələrində Yardımlı rayonu Zevin kənd sakin Zərərçəkmiş şəxs söyməklə ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X2 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 15 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X2 bildirmişdir ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə saaat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girərək Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, hadisə ictimai yerdə olmuş, məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs ictimai qaydanın pozmasına görə barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli hesab edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs qunşuluqda yaşayır. Yaxın vaxtlarda oğlu vəfat etmiş və vəfat etməmişdən əvvəl oğlunu Səfərin oğlu ilə gürmüşdür. Bu səbəbdən 08 sentyabr 2025-ci il tarixdə saaat 16 radələrində Səfərin həyətinə gidərək onun oğlu ilə söhbət etmək istəmiş, Səfərin oğlu qaçıb gizləndiyindən əsəbləşərək Səfəri söyüb təhqir etmişdir. Səhvinin başa düşmüşdür, hərəkətindən peşmandır, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Zevin kəndində yaşayır. Şəxs ilə quşuluqda yaşayırlar. 08 sentyabr 2025-ci il tarixdə saaat 16 radələrində Bakıdan evə gələrkən oğlu ona zəng edərək Rafiqin onların həyətlərinə gəlin söyş söydüyünü bildirmiş, o isə oğluna evdən uzaqlaşmağını bildirmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəksə onu bağışlayacaq. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında icraatın başlamması barədə qərardan görünür ki, Şəxs əməlində İXM-nin 510-cü maddəsinin tərkibi olduğundan barəsndə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. 15 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xətalar haqqında protokoldan görünür ki, vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə saaat 16 radələrində Yardımlı rayonu Zevin kənd sakin Zərərçəkmiş şəxs söyməklə ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, əməlindən peşman olmasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar